Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi son raket zərbələri nəticəsində həlak olanların sayı artır. Boyukmillet.com xəbər ki, şəhər administrasiyasının yaydığı son məlumata görə, hücum nəticəsində ümumilikdə 27 nəfər həyatını itirib. Faciədən sonra şəhərdə matəm elan olunub. Hakimiyyət orqanları hücumları mülki əhaliyə qarşı “terror aktı” adlandırıb.
Read More »Yearly Archives: 2025
Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başladıldı
Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Xəbər verdiyimiz kimi, sözügedən məktəbin ingilis dili müəlliməsi Leyla Hüseynova direktorun müəllimləri əsassız ittihamlarla üz-üzə qoyduğunu bildirib. Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə …
Read More »İran Qərb dövlətlərinin ittihamlarını rədd edib
Rəsmi Tehran Qərb ölkələrinin İrana qarşı birgə bəyanatında irəli sürülən ittihamları rədd edib. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik ABŞ və Fransa da daxil olmaqla 14 ölkənin iyulun 31-də birgə bəyanat yayaraq, Avropa və Şimali Amerikada İranın dəstəklədiyi təhdid və hərəkətlərini pisləyib. ABŞ, Böyük Britaniya, Albaniya, Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, …
Read More »Xalq artisti Arif Babayev vəfat edib
Xalq artisti Arif Babayev vəfat edib. Boyukmillet.com xəbər verir ki, o bu gün vəfat edib. Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib və vəfat etməsinə qədər burada müalicəsi davam etdirilib. Qeyd edək ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdamın Sarıcalı kəndində anadan …
Read More »ABŞ liderindən Rusiyaya ultimatum: Kremlin avqustun 8-ə qədər vaxtı var
ABŞ Prezidenti Donald Tramp avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələyib. Boyukmillet.com-un xəbərinə görə, bunu Amerika lideri Ağ Evdə keçirdiyi brifinq zamanı deyib. İyulun 31-nə keçən gecə Rusiya Federasiyasının Kiyevə keçirdiyi kütləvi zərbənin nəticələrini şərh edən Tramp Kremlin hərəkətlərini kəskin tənqid edib. “Rusiyanın etdikləri iyrəncdir”, – o deyib. Tramp həmçinin qeyd edib …
Read More »Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində yaralanmış AzTV əməkdaşı məhkəmədə ifadə verib
Bakı Hərbi Məhkəməsində iyulun 31-də məhkəmə prosesində zərərçəkmiş şəxs Emin Məmmədov ifadəsində AzTV-nin əməkdaşı qismində çəkilişlər üçün Kəlbəcərə ezam olunduğunu, 2021-ci il iyunun 4-də nəqliyyat vasitəsilə hərəkət edərkən rayonun Susuzluq kəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minanın partladığını bildirib. Boyukmillet.com xəbər verir ki, o, hadisə nəticəsində AzTV-nin operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və …
Read More »Avqustda bəzi yerlərdə havanın temperaturu yüksək olacaq – AYLIQ PROQNOZ
Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. …
Read More »Zelenski: Rusiya gecə hücumu ilə Ukraynanın HHM sistemini yükləmək istəyirdi, əsas zərbə Kiyevə dəyib
Rusiyanın cümə axşamına keçən gecə həyata keçirdiyi hücum Ukraynanın Hava Hücumundan Müdafiə (HHM) sistemini yükləmək üçün xüsusi hesablanmışdı, əsas hədəf Kiyev idi. Boyukmillet.com Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski daxili işlər naziri İqor Klimenkonun məruzəsinin nəticələrinə əsasən bildirib. “Hücum HHM sistemini yükləmək üçün xüsusi hesablanmışdı. Kiyev “Şahed”lər, digər dronlar və raketlər üçün əsas hədəf idi, …
Read More »DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb
Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub. Aidiyyəti üzrə araşdırmalar davam …
Read More »ABŞ-də təyyarə hava burulğanına düşüb, 25 nəfər xəstəxanaya yerləşdirilib
Solt-Leyk-Sitidən (ABŞ) Amsterdama (Niderland) uçan təyyarə turbulentliyə (hava burulğanı) düşüb, 25 nəfər xəstəxanaya çatdırılıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında yerləşdirilən bəyanatda deyilir. “Delta Air Lines” aviaşirkətinə məxsus təyyarə uçuş zamanı hava burulğanı ilə qarşılaşdıqdan sonra məcburi eniş edib. “Airbus A330-900″ təyyarəsi Minneapolisdəki hava limanına uğurla eniş edib. Təyyarədə olan şəxslərdən 25 nəfəri yerli xəstəxanalara çatdırılıb”, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar