Rusiya ordusu Ukraynanın Donetsk vilayətində Çasov Yar şəhərini ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Ukrayna tərəfi hələlik bu məlumatı təsdiqləməyib.
Read More »Yearly Archives: 2025
Azərbaycan banklarının adından saxta profillərlə kartlardan pul oğurlayan Türkiyə vətəndaşı həbs edilib
Azərbaycanda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı həbs edilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda uzun müddətdir ailəsi ilə yaşayan və oturum hüququ alan Ertoğrul Akdemir ölkədə fəaliyyət göstərən bankların adından saxta profillər yaradaraq elanlar paylaşıb. Məlumata görə, həmin profillərdə paylaşılan elanlarda göstərib ki, banklar xüsusi kampaniyalar keçirir. Həmçinin bahalı hədiyyələri də qazanc kimi göstərib. Sosial şəbəkə istifadəçiləri kampaniyalara qoşulmaq …
Read More »FTB Trampa dair minlərlə gizli sənəd tapıb
Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel ABŞ prezidenti Donald Trampın Rusiya ilə iddia olunan əlaqələri ilə bağlı büronun araşdırmasına aid məxfi sənədlər aşkar edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Trampa loyal olan “Fox News” telekanalı mənbələrinə istinadən məlumat yayıb. Kanalın məlumatına görə, Patel “gizli otaqda” olan bir neçə paketdə “minlərlə sənəd” tapıb. Söhbət məxfi məlumatların emalı üçün qapalı zona …
Read More »Akopyanın var-dövləti ŞOK ETDİ
Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun daha bir iddiasını icraata götürüb. Boyukmillet.com erməni mediasına istinadən xəbər verir ki, söhbət yerli fövqəladə hallar nazirinin keçmiş müşaviri Aşot Akopyana və onunla bağlı şəxslərə məxsus qanunsuz mənşəli əmlakın müsadirəsindən gedir. Baş Prokurorluğun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş ərizəyə əsasən, dövlət xeyrinə aşağıdakı əmlakların müsadirəsi tələb olunur: İrəvanda yerləşən …
Read More »Tarif Şurasından dərmanların qiyməti ilə bağlı- Qərar
Tarif (qiymət) Şurası yeni dövlət qeydiyyatına alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı həddini təsdiqləyib. Boyukmillet.com Tarif Şurasına istinadən xəbər verir ki, bu barədə qurumun 30 iyun 2025-ci il tarixində keçirilən iclasında müvafiq qərar qəbul edilib. Qərarla 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb. Etibarlı təchizatın təmin olunması məqsədilə 79 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 …
Read More »“Arvadımla qızımı təhdid edirlər” – SENSASİON AÇIQLAMA
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür diqqətçəkən açıqlamalar verib. Boyukmillet.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir. Özgür Özel jurnalistlərin “Təhdidlər alırsınız?” sualına belə cavab verib: “Alıram, həbs olunanlar var. Təbii ki, dövlətin də bizim barəmizdə mühafizə qərarı var. Amma həyat yoldaşım və qızıma hədə-qorxu gəlirlər. Onların arasında artıq həbs olunanlar var. Təhdidlər gəlir, müvafiq tədbirlər görülür”. CHP sədri Silivri Həbsxanasında saxlanılan …
Read More »Nazirlik üzərlik bitkisi ilə sərhədi keçmək istəyən şəxslərə xəbərdarlıq edib
Son zamanlar bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları artmaqdadır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr …
Read More »Ermənistana qarşı 1,5 milyard dollar məbləğində 4 iddia qaldırılıb
Hazırda Ermənistana qarşı 4 iddia arbitraj məhkəmələrindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli KİV-ləri Ermənistan hökumətinə istinadən məlumat yayıb. Söhbət, xüsusilə, “Walnort Finance Limited” (Zəngəzur mis-molibden kombinatının səhmdarı), “Amulsar Investor Ventures LLC” (“Lydian International”ın səhmdarı), “Sanitek S.a.r.l.”, “Sari Haddad” və “Elias Doumet” (İrəvanda zibil yığımı üzrə keçmiş operator) və “Air Arabia” (aviadaşıyıcı və “FlyArna” şirkətinin həmtəsisçisi) şirkətlərinin iddialarından gedir. …
Read More »Türkiyədəki meşə yanğınlarında 66-sı yaşayış evi olmaqla, ümumilikdə 132 obyekt zərər görüb
Türkiyədəki meşə yanğınlarında 7 şəhər üzrə 66-sı yaşayış evi olmaqla, ümumilikdə 132 obyekt zərər görüb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum “X” sosial media hesabında məlumat verib. Nazirin sözlərinə görə, meşə yanğınlarının nəzarət altına alındığı ərazilərdə zərərin qiymətləndirilməsi işləri davam edir.
Read More »İrandan külli miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 17 kiloqram 450 qram narkotik vasitə (11 kq 450 qram marixuana, 6 kq həşiş) və 4950 ədəd narkotik tərkibli metadon M-40 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar