Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Fransada Netanyahunun vəkilinin öldürülməsi üçün mümkün sifariş araşdırılır

Fransa hakimiyyəti İsrailin Baş naziri Binyamin Netanyahunun vəkili Olivye Pardonun öldürülməsi ilə bağlı mümkün sifarişlə bağlı araşdırmaya başlayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Agence France-Presse” Paris Prokurorluğuna istinadən məlumat yayıb. Məlumata görə, O.Pardo bu barədə keçmiş məhbuslardan biri və keçmiş polis informatoru Rudi Terranovanın iyulun 16-da Seneqala səfəri zamanı “Hizbullah” hərəkatının üzvlərinin vəkilə qarşı sui-qəsd sifarişi vermək məqsədi ilə ona …

Read More »

Fransanın nüvə sirləri oğurlanıb

“Neferpitou” ləqəbli haker Fransanın hərbi gəmilər istehsal edən müdafiə şirkəti “Naval Group”un daxili məlumatlarına giriş əldə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “France3” telekanalı məlumat yayıb. Kiberhaker Fransanın nüvə sirləri də daxil olmaqla 13 giqabaytlıq məlumatı internetə sızdırıb. Dərc edilmiş məlumatlara fransız freqatlarında və nüvə sualtı qayıqlarında istifadə edilən döyüş sistemlərinin mənbə kodu, silah proqram təminatı, simulyasiya mühitləri, şəbəkə diaqramları …

Read More »

Mərakeşdə hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Mərakeşin şimalındakı Fes-Saiss hava limanında “Alphajet” təlim təyyarəsi qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Maghreb Arabe Presse” agentliyi məlumat yayıb. Qeyd olunur ki, hadisə zamanı Krallığın Hərbi Hava Qüvvələrinin təlim missiyasında olan iki zabiti həlak olub. Mərakeş Krallığının Silahlı Qüvvələri həlak olanların ailələrinə başsağlığı verib. Hadisənin səbəblərini müəyyən etmək üçün istintaq komissiyası yaradılıb.

Read More »

Husilər batmış “Eternity C” gəmisinin azı 10 ekipaj üzvünü Yəmənə aparıblar

“Ənsar Allah” üsyançı hərəkatının husiləri Qırmızı dənizdə batan “Eternity C” yük gəmisindən azı 10 ekipaj üzvünü Yəmənə aparıblar. Boyukmillet.com xəbər verir ki, dənizçilərin videoyazısını üsyançıların yaratdığı silahlı qüvvələrin mətbuat xidməti yayıb. Görüntülərdə husilərin gəmiyə hücumundan sonra Yəmənə apardığı “Eternity C”nin 10 ekipaj üzvünün adları və fotoşəkilləri əks olunub. Qiyamçıların suallarını cavablandıran ekipaj üzvləri bildiriblər ki, quru yük gəmisi İsrailin Eylat …

Read More »

BU KƏNDİ DÖVLƏT QAYĞISINDAN KİM(LƏR) MƏHRUM EDİR

…Bu gözəlliyə baxın! Təbiətin #ağciyərləri…Bu mənim ata ocağımdır! Bu mənim 20 ildən çox havasıyla, bulaqlarıyla qidanlandığım, dağlarında, yamaclarında quzu otardığım kənddir – Dağüzü kəndi… …Bu kəndə 100-dən çox ev var (var idi). Artıq 29 evin qapısında qıfıl var!!! Ailələr şəraitsizlikdən köç edir başqa şəhərlərə, ölkələrə… Azəriqaz İB , hələ də bu kəndin qazı yoxdur! Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi , …

Read More »

Serbiya Şimali Makedoniya ilə interkonnektorun işə salınması ilə Azərbaycan qazının tədarükünün artmasına ümid edir

Şimali Makedoniya ilə interkonnektorun tikintisi Serbiyaya tədarük mənbələri və istiqamətlərinin şaxələndirilməsini nəzərdə tutur. Bunu Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç “Report”a müsahibəsində deyib. Onun sözlərinə görə, bu, Serbiyaya Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərini birləşdirən Cənub Qaz Dəhlizi sistemi vasitəsilə Azərbaycan qazı almağa imkan verəcək. “Bu baxımdan biz Azərbaycan qazının davamlı, etibarlı və arta bilən idxalı üçün möhkəm təməl …

Read More »

Rüşvət almaqda təqsirləndirilən Xəzər rayonunun komissarı və işçiləri özlərini təqsirli bilmirlər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə davam edib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hüquq və vəzifələri yenidən izah edilib. Ramin Şükürovun vəkilləri təqsirləndirilən şəxsin qulaqlarında …

Read More »

Serbiya bərpa olunan enerji sahəsində Azərbaycanla praktiki əməkdaşlığa hazırdır

Serbiya bərpa olunan enerji mənbələri ilə bağlı təşəbbüslərdə Azərbaycandan olan tərəfdaşların potensial iştirakını alqışlayır. Bunu “Report”a müsahibəsində Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç bildirib. Onun sözlərinə görə, Serbiyada bərpa olunan enerji sahəsində özəl sektor mühüm rol oynayır. “Bu sahəyə investisiyaları fəal şəkildə təşviq edirik və mənşə ölkəsindən asılı olmayaraq bütün investorlar üçün bərabər şərait təmin edirik. Bu gün Azərbaycan şirkətləri …

Read More »

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Müdafiə Sənayesi Nazirliyi üzrə müstəqil şöbələrin müdirləri, eləcə də nazirliyin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru və onun müavinləri, həmçinin qurumun strukturuna daxil olan “Cihaz İstehsalat Birliyi” MMC-nin baş direktoru həmin siyahıya əlavə olunub. Həmçinin …

Read More »

Rusiyada azərbaycanlı blogerə qarşı 20 milyon rubl vergidən yayınma ittihamı irəli sürülüb

Rusiya İstintaq Komitəsinin müstəntiqləri bloger Suboya (Sübhan Məmmədov) qarşı qiyabi olaraq 20 milyon rubl (cari məzənnə ilə 252,2 min dollar) məbləğində vergi ödəməkdən yayınma və pul vəsaitlərinin leqallaşdırılması ittihamı irəli sürüblər. Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib. “Moskva vilayəti üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin istintaq orqanları …

Read More »