Milli Məclis qeyri-hökumət təşkilatlarının xidmət göstərmə və iş aparma qaydalarına dair qanunvericilik tələblərini pozmaları ilə bağlı yeni cərimələr barədə dəyişiklikləri son oxunuşda təsdiqləyib. Yeni cərimələrin tətbiqi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. QHT-lərin xidmət müqaviləsi əsasında fəaliyyət göstərməsinə görə cərimələrin tətbiqinə dair qanun dəyişikliyi müzakirələrə səbəb olub. Rəsmi izahat bu dəyişikliklərin şəffaflıq və qanuni nəzarətin gücləndirilməsinə xidmət etdiyini irəli sürsə …
Read More »Yearly Archives: 2025
Türkiyə 48 ədəd KAAN qırıcı təyyarəsinin ixracı üzrə İndoneziya ilə müqavilə imzalayıb
Türkiyə İstanbulda təşkil edilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) çərçivəsində KAAN qırıcı təyyarələrinin ixracı üzrə ilk müqaviləni imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Belə ki, İndoneziya Müdafiə Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, 48 ədəd KAAN – ilk milli istehsal olan türk qırıcı təyyarəsi bu ölkəyə ixrac ediləcək.
Read More »Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub
Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir. Hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, …
Read More »Ötən gün 9 tondan çox çətənə kolu məhv edilib
Azərbaycanda iyulun 25-də yabanı halda bitmiş 9,3 tona yaxın çəkidə 28165 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 34,7 kiloqramdan artıq narkotik vasitə və 23 psixotrop tərkibli həb götürülüb.
Read More »Nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət edib
Azərbaycanda müşahidə olunan isti və quru hava şəraiti ilə əlaqədar istirahət məqsədilə meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə və açıq sahələrdə yanğınların baş vermə riskini xeyli artırır. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraicətində qeyd edilib. Qeyd edilib ki, FHN tərəfindən meşə və meşəətrafı …
Read More »Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibi yenilənəcək
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılacaq. Bundan başqa, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, …
Read More »Azərbaycan balığı Avropa ölkələrinə ixrac olunacaq
Azərbaycandan Avropa bazarlarına akvakulturada yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsulunun ixrac icazəsi 2025-2026-cı illərdə də qüvvədə saxlanılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Qeyd edilib ki, Agentlik tərəfindən balıq məhsullarının da Aİ bazarlarına çıxış imkanlarının təmin edilməsi məqsədilə Monitorinq Planı hazırlanıb və Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğuna təqdim edilib. Beləliklə, Avropanın …
Read More »Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı biznesmenin ofisində axtarışlar aparır
Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri cümə günü Moskvada azərbaycanlı biznesmen Rəhman Xəlilova məxsus neft məhsullarının daşınması ilə məşğul olan Railgo şirkətinin ofisinə axtarışa başlayıblar. “Report”un sosial şəbəkədə yayılan məlumatlara istinadən verdiyi xəbərə əsasən, ərazidə xüsusi təyinatlılar və müstəntiqlər işləyirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları sənədləri müsadirə edir və işçiləri binadan çıxmağa qoymurlar.
Read More »FHN: Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir
Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Qeyd edilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. Ümumilikdə yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət …
Read More »Türkiyə parlamentində Terrorsuz Türkiyə Komissiyası yaradılır
Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibində Terrorsuz Türkiyə Komissiyası yaradılır. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, TBMM rəhbərliyi rəsmi məktub göndərərək siyasi partiyalardan komissiyaya üzv təqdim etmələrini istəyib. Məlumata görə, Komissiya 51 üzvdən ibarət olacaq və burada partiyalar parlamentdəki mandat bölgüsünə uyğun olaraq təmsil olunacaqlar.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar