Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər

İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak “X” səhifəsində yazıb. “İsrailin Baş naziri Benyamin Netanyahu və Suriya prezidenti Əhməd əl-Şara ABŞ dövlət katibi Marko Rubionun vasitəçiliyi ilə Türkiyə, İordaniya və qonşuları tərəfindən dəstəklənən atəşkəs haqqında razılığa gəliblər”, – T.Barrak qeyd edib.

Read More »

Zəngilanın Ağalı kəndinə ilk köçdən üç il ötür

Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından üç il ötür. Boyukmillet.com xatırladır ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar məhz üç ildən bundan əvvəl öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıb. Prezident İlham Əliyevin göstərişi əsasında işğaldan azad olunmuş ərazilərdə birinci pilot layihə Zəngilan rayonun Ağalı kəndində icra edilib. Ağalıda “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində …

Read More »

Putin Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həllinə hazır olduğunu təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli yollarını axtarmağa hazır olduğunu təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti telefon söhbətindən sonra məlumat yayıb. “Vladimir Putin münaqişənin siyasi və diplomatik həllinin tapılmasına dair prinsipial öhdəliyini təsdiqləyib”, – məlumatda bildirilir. Putin, həmçinin İstanbulda Rusiya-Ukrayna danışıqlarını davam etməyə hazır olduğuna görə …

Read More »

İranın dörd şəhərində son 24 saatda 51 dərəcə istilik qeydə alınıb

İranın dörd şəhəri son 24 saat ərzində dünyanın ən isti yeri kimi tanınıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, son 24 saat ərzində İranın cənubundakı Abadan, Omidiye, Əhvaz və Dezful şəhərləri dünyanın ən isti şəhərləri sırasına daxil olub. Məlumata görə, dünyanın ən isti 15 şəhərinin reytinqini təqdim edən hesabatda temperaturun müsbət 51 dərəcəyə qədər olan yerlər …

Read More »

Polis Maştağada xüsusi əməliyyat keçirib, pomidor istixanasında 881 kiloqram narkotik vasitə aşkarlanıb

Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat həyata keçirilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Toplanan sübutlar əsasında …

Read More »

Bakıda ata həbsdəki oğluna narkotik vasitə gətirib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə  xidmətdən məlumat verilib. Bildirilib ki, həbs olunmuş şəxs İsmayıl Aqil oğlu Gülməmmədova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman şalvarının cibində gizlədilmiş 1 ədəd bükülüdə metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Read More »

Mehman Əliyev: “Hakimiyyət, ola bilsin ki, medianın sayını azaltmaq fikrindədir”

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) “Media Haqqında” Qanuna edilən yeni dəyişikliklərlə bağlı iyulun 16-da bəyanat yayıb.  Bəyanatda deyilir ki, Azərbaycan parlamenti KİV haqqında qanuna etdiyi dəyilikliklərlə onsuz da ölkədə müstəqil medianın fəaliyyətini mümkünsüz edən qanunun bir az da sərtləşdirilməsinə yol açıb. “Media Haqqında” Qanuna dəyişiklik edilməsi barədə qərar iyulun 14-də Milli Məclis tərəfindən qəbul edilib.  Həmin dəyişikliklər informasiya agentlikləri üçün daha sərt tələblər müəyyən …

Read More »

Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Prezidentə müraciət edilib

“Toplum TV iși” üzrə həbsdə olan media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin səhhətindəki problemlərlə əlaqədar Prezidentə müraciət olunub. Ələsgər Məmmədli 2024-cü il martın 8-də “ToplumTV işi” çərçivəsində həbs olunub. “Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb. Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb. Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar,  sonradan ittihamlar daha da ağırlaşdırılıb. Hazırda bu işlə bağlı …

Read More »

VHP rəsmisi: “Suriya xalqının iztirabları qarşısında susmaq insanlıqdan imtina etməkdir

Suriyada 2011-ci ildən bu yana davam edən qanlı qarşıdurmalar təkcə bir dövlətin siyasi dağılmasını deyil, həm də beynəlxalq sistemin insani və hüquqi baxımdan nə qədər aciz olduğunu nümayiş etdirib. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Musavat.com-a açıqlamasında bildirib ki, yüz minlərlə insanın həyatını itirdiyi, milyonlarla insanın didərgin düşdüyü bu münaqişə artıq regional yox, qlobal humanitar fəlakətə çevrilib. …

Read More »

Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Kərəm Məmmədov 1990-cı il martın 7-də Ermənistanda girov saxlanıldığını bildirib. Boyukmillet.com xəbər verir ki, o, Zəngilan rayonu və Qafan rayonu arasındakı rabitə xəttini bərpa etmək üçün “UAZ” markalı avtomobillə həmin əraziyə getdiyini qeyd edib. Onunla birlikdə işçiləri Bağırov Şakir Əvəz oğlu və Zəngilan rayonu rabitə qovşağının sürücüsü Emin və komendantın köməkçisi …

Read More »