Milli Məclis Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları sonuncu oxunuşda təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, “Media haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə edilib. Məlumat verilib ki, qanunda ilk dəfə olaraq kütləvi informasiya istehsalı ilə məşğul olan ənənəvi media resurslarına münasibətdə “media subyekti” anlayışı təqdim edilib, bununla da peşəkar medianın əhatə …
Read More »Yearly Archives: 2025
İran ABŞ ilə danışıqların bərpası üçün şərtini açıqlayıb
İran ABŞ ilə danışıqlar prosesində diplomatiyanın səmərəliliyinə əmin olmalıdır. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. Onun sözlərinə görə, diplomatiyaya mənfi damğa və etiket vurulmamalıdır: “Diplomatiya bir vasitə və fürsətdir. Biz heç bir halda milli hüquq və maraqlarını təmin etmək üçün ölkəni bu vasitədən məhrum edə bilmərik”. İ.Bəqai əlavə edib …
Read More »Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib, bu, üç il ərzində 6-cı dəvətdir. Boyukmillet.com-un erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Paşinyanın Fransanın milli bayramı olan Bastiliyanın alınması Günü münasibətilə göndərdiyi məktubda deyilir. “Bu il sizi Ermənistanda dövlət səfəri ilə qəbul etmək imkanını böyük ümidlə gözləyirəm”, – məktubda qeyd olunub. N.Paşinyan qeyd edib …
Read More »Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib. Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan vətəndaşı – 1993-cü il təvəllüdlü Həsənov Rizman Qardaş oğlu saxlanılmış, …
Read More »Azərbaycanda şəxsi məlumatları ələ keçirən kibercinayətkarlar ifşa edilib – DTX-nin əməliyyatı
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com xəbər verir ki, “darknet” tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa …
Read More »Bu il Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 900-dən çox şübhəli saxlanılıb
Türkiyədə cari il ərzində FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 910 nəfər şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O qeyd edib ki, daha 1 006 nəfər barəsində məhkəmə nəzarəti qərarları qəbul edilib.
Read More »Suriyada yerli tayfalar arasında atışmalar nəticəsində 30-dan çox insan həlak olub
Suriyanın cənubunda yerləşən Əs-Süveydə əyalətində bədəvilər və druzlar arasında baş verən toqquşmalar nəticəsində azı 37 nəfər həlak olub, təxminən 50 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, “The Syrian Observatory for Human Rights” (SOHR) monitorinq qrupunun məlumatına əsasən, ölənlərdən 27-si druz,10-u bədəvidir. Qeyd olunub ki, etnik azlıqlar arasında toqquşmalar nəticəsində daha 100 nəfər yaralanıb. Məlumata görə, druz və bədəvi liderləri silahlı …
Read More »Ərdoğan Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izlədiyini bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zayed Al Nahyanla telefon danışığında ölkəsinin Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə başlayan sülh danışıqlarını yaxından izlədiyini bildirib. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Ərdoğan Qafqazda sülhün bərqərar olması üçün səyləri dəstəkləməyə davam edəcəklərini deyib. Ərdoğan “Terrorsuz Türkiyə” prosesi ilə terrorun həm Türkiyənin, həm də bölgənin gündəmindən tamamilə çıxarılması …
Read More »Sabah Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərə yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq. Azərbaycanın rayonlarında …
Read More »TRT-nin Güney Azərbaycana yalnışı
Bu gün Türkiyənin rəsmi dövlət kanalı olan TRT Güney Azərbaycanın qədim və böyük şəhərlərindən biri olan Urmiyanı “kürd şəhəri” kimi təqdim edərək, bu şəhərdən hazırladığı reportajda kürd dilində və kürd musiqiləri ilə bir saatlıq süjet yayımlayıb. Bu barədə Dünya Azərbaycanlıları Konqresinin İdarə heyətinin üzvü Nurəddin Qərəvi məlumat verib. “Urmiyanın tarixi abidələri, muzeyləri və şəhər həyatını əks etdirən bu materialın məzmunu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar