Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Ukraynanın Təhlükəsizlik Xidmətinin polkovnikini öldürən Rusiya agentləri zərərsizləşdirilib

Ukraynanın Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə xüsusi əməliyyat çərçivəsində Kiyevdə UTX-nin polkovnikini öldürən xüsusi xidmət orqanlarının agentlərini zərərsizləşdiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanı özünün teleqram kanalında məlumat yayıb. Xüsusi əməliyyata UTX-nin rəhbəri Vasili Malyukun şəxsən rəhbərlik etdiyi qeyd olunur. “Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agent-döyüş qrupu əvvəlcədən Ukraynaya göndərilib və üç …

Read More »

İsrail kosmosa ilk rabitə peykini buraxıb

İsrailin “Dror-1” rabitə peyki iyulun 13-də ABŞ-nin Florida ştatındakı Kanaveral burnundan buraxılıb. Boyukmillet.com yerli “12-ci Kanal”a istinadən xəbər verir ki, peyk İlon Maskın “SpaceX” şirkəti tərəfindən “Falcon 9” raket daşıyıcısı vasitəsilə buraxılıb. Kanalın məlumatına görə, layihənin dəyəri təxminən 200 milyon dollardır. “Aviasiya sənayesi” (“Taasia avirit”) konserni tarixdə ilk dəfə olaraq İsrailin kommersiya peyk şirkətlərindən xidmətlər almaq əvəzinə öz milli rabitə peykinə …

Read More »

Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir

İyulun 14-dən etibarən Suriya və Türkiyə arasındakı bütün sərhəd keçid məntəqələri 24 saatlıq iş rejiminə keçir. Boyukmillet.com -un “Al Watan” qəzetinə istinadən məlumatına görə, bu barədə Suriyanın Dəniz və Quru Limanları Baş İdarəsi məlumat verib. İdarə həmçinin qeyd edib ki, qərar “suriyalıların vətənə qayıtmasını asanlaşdırmaq və ən çox yüklənmə saatlarında sərhəd-keçid məntəqələrinin yükünü azaltmaq məqsədilə” qəbul edilib.

Read More »

TRT-nin rəhbəri dəyişib

Türkiyənin Radio və Televiziya Qurumunun (TRT) rəhbərliyində dəyişiklik olub.Boyukmillet.com “Resmi Gazete”yə istinadən xəbər verir ki, TRT-nin İdarə Heyətinin sədri vəzifəsinə Ferudun Yılmaz təyin edilib. Müvafiq sərəncamı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan imzalayıb. Bundan öncə bu vəzifəni Ahmet Albayrak tutub. Bununla yanaşı, Mehmet Zahid Sobacı yenidən baş direktor və İdarə Heyətinin üzvü təyin edilib.

Read More »

Trampa qarşı istintaqlara cəlb olunan 20 ədliyyə əməkdaşı işdən çıxarılıb

ABŞ-ın ədliyyə naziri – baş prokuror Pem Bondi prezident Donald Trampla bağlı istintaqları aparmaqda keçmiş xüsusi prokuror Cek Smitə kömək edən ən azı 20 nəfəri işdən azad edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə “ABC News” telekanalı öz mənbələrinə istinadən bildirib. Bildirilir ki, işdən çıxarılanlar arasında həm prokurorlar, həm də məhkəmə proseslərində əhəmiyyətli rol oynamayan sadə köməkçilər olub. Telekanalın iddiasına görə, …

Read More »

Rəşid Behbudov haqqında film çəkilib

Əfsanəvi sənətkarın 110 illiyinə həsr olunmuş film çəkilib. Boyukmillet.com xəbər verir ki,110 illik yubileyi münasibətilə dünya şöhrətli müğənni Rəşid Behbudov haqqında yeni sənədli film çəkilib. Filmin quruluşçu rejissoru və ssenari müəllifi gənc rejissor Xəyalə Pircanova, operatoru Hüseyn Kərimovdur. Yaradıcı heyətdə Günel Ayxan, Pakizə Alıyeva, Firuzə Qurbanlı, Ləman Bağırzadə və Səma Vəliyeva. Bədii rəhbər isə rejissor, prodüser İqbal Məmmədəliyevdir. Sənədli filmdə …

Read More »

Rusiyada azərbaycanlıları himayə edən üç polis rəisinin saxlandığı bildirilir

Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda azərbaycanlı sahibkarlar qeyri-qanuni biznesə himayə üçün polisə rüşvət veriblər. Bu barədə məlumatı Rusiyanın bir neçə “Telegram” kanalı yayıb. Məlumatda deyilir ki, həmin polis rəisləri qanunsuz spirtli içki və tütün məhsulları ticarəti ilə məşğul olan sahibkarlara himayədarlıq ediblər.İstintaqın versiyasına görə, sahibkarlar — Azərbaycan əsilli şəxslər — hər ay polis əməkdaşlarına qeyri-qanuni ticarət fəaliyyətinə göz yumulması üçün pul veriblər. …

Read More »

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqının açıq məktubuna cavab verib

İyulun 10-da Rusiya Jurnalistlər İttifaqı “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına açıq məktub ünvanlayıb. Söhbət iyunun 30-da Bakıda saxlanılan “Sputnik Azərbaycan” informasiya agentliyinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun həbsindən gedir. Bunu Rusiya Jurnalistlər İttifaqı “özbaşnalıq” kimi dəyərləndirir. “Biz sizə müraciət edərək vəziyyətə təcili müdaxilə etməyə və həmkarlarımızın dərhal azad …

Read More »

Sabah 41 dərəcə isti olacaq – PROQNOZ

Azərbaycanda iyulun 13-də havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 41 dərəcə isti olacağı gözlənilir. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi …

Read More »