Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

London və Paris qanunsuz miqrantları geri qayıdışı üçün sınaq sxemini işə salacaq

Rəsmi London və Paris qayıqlarla La-Manş boğazını keçərək Böyük Britaniya sahillərinə çatan qanunsuz miqrantları geri qaytarmaq üçün sınaq sxemini işə salacaq. Boyukmillet.com-un “Sky News” telekanalına istinadən məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer London yaxınlığındakı Nortvud bazasında Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında bildirib. Layihə Fransaya qayıdan hər qanunsuz miqrant üçün krallığın qonşu ölkənin ərazisindən bir miqrantı …

Read More »

Laçında insan skeletinin qalıqları tapılıb

Laçında insan skeletinin qalıqları tapılıb. “Report”un Qarabağ bürosunun xəbərinə görə, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb. Belə ki, kənd sakini köhnə evlərinə qalxmaq üçün yol düzəldərkən skelet qalıqları tapıb. Sümük qalıqları tapıldıqdan sonra sakin ərazidə qazıntı işini saxlayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Read More »

Rusiya Ermənistanı sanksiya ilə cəzalandıra biləcəyi barədə xəbərdar edib

İyulun 7-də Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyana ölkəsinin hakimiyyətini Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq edilə biləcəyi barədə məlumatlandırması tapşırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri diplomatik mənbələrə istinadən məlumat yayıb. Moskva bu addımın Rusiya dövlət telekanallarının Ermənistanda bloklanacağı təqdirdə atılacağı ilə hədələyib. Qeyd olunub ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Arsenyanla …

Read More »

Yekaterinburqda həbs olunan Ayaz və Akif Səfərovların apellyasiya şikayətinə baxılıb

Yekaterinburqda həbs olunan Akif və Ayaz Səfərovların apellyasiya şikayətinə baxılıb. Bu barədə Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir. Məlumata görə, Sverdlovsk vilayət məhkəməsi Akif Səfərovun apellyasiya şikayətini yenidən baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarıb. “Akif Səfərovun həbs qətimkan tədbirinə dair apelyasiya şikayəti birinci instansiya məhkəməsinə qaytarılıb. Sverdlovsk vilayət məhkəməsi iş materiallarını yoxlayarkən onun apellyasiya instansiyasında baxılmasına mane olan hallar aşkar …

Read More »

Bu gün Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil – RƏSMİ

Bu gün Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib. Nazir etiraf edib ki, bu gün ölkədəki məktəblərdə rus dili fəni üzrə müəllim çatışmazlığı var: “Şagirdin hansı bölmədə oxumasından asılı olmayaraq ana dilini yaxşı bilməsi öncəliyimizdir. Çünki şagird dövlət …

Read More »

Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb

İstanbul Maliyyə cinayətkarlığı ilə mübarizə şöbəsinin əməkdaşları bu səhər Şilə Bələdiyyəsində əməliyyat keçirib. Boyukmillet.com TRT-yə istinadən xəbər verir ki, əməliyyat nəticvəsində bələdiyyə sədri Özgür Kabadayı saxlanılıb. Onunla yanaşı, bələdiyyənin bəzi əməkdaşları da göz altına alınıb. Hazırda araşdırmalar davam etdirilir. Məsələ ilə bağlı rəsmi qurumlar açıqlama verməyib.

Read More »

Ərdoğan Kommunikasiya İdarəsinin rəhbərini dəyişib

Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun vəzifəsindən azad olunub. Boyukmillet.com “Resmi Gazete“yə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə müvafiq sərəncam imzalayıb. Ölkə başçısının digər səırəncamı ilə bu vəzifəyə xarici işlər nazirinin köməkçisi Burhanettin Duran gətirilib. Fəxrəddin Altun isə Türkiyə İnsan Haqları Qurumuna rəhbər təyin olunub.

Read More »

Rusiya 1 milyon hindistanlı gətirir: Postsovet ölkələri miqrantlarının taleyi sual altındadır

Rusiya ilin sonunadək Hindistandan bir milyon işçi qəbul etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Ural Ticarət-Sənaye Palatasının rəhbəri Andrey Besedin Hindistan tərəfdaşlarına istinadən açıqlayıb. Onun sözlərinə görə, yüksək ixtisaslı mütəxəssislər də daxil olmaqla Hindistandan gələcək işçilər əsasən metallurgiya və maşınqayırma müəssisələrində çalışmaq üçün dəvət olunacaqlar. Bu məqsədlə Yekaterinburqda Hindistanın Baş Konsulluğunun açılması nəzərdə tutulur və həmin proses …

Read More »