Azərbaycana idxal olunan “Nitro Max” energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Belə ki, laborator sınaqların nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qida məhsullarında istifadəsinə icazə verilməyən sildenafil maddəsi aşkar edilib. Ümumi sayı 4 800 ədəd olan energetik içki xüsusi poliqonda …
Read More »Yearly Archives: 2025
Naxçıvanda qaydalar SƏRTLƏŞDİRİLİR – Beş iclasda iştirak etməyən deputatın mandatına XİTAM VERİLƏCƏK
Naxçıvan Ali Məclis deputatlarının iclaslarda iştirak qaydaları sərtləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Edilən dəyişikliklə Naxçıvan MR-in Ali Məclisinin beş iclasında üzrsüz səbəbdən iştirak etməyən deputatların mandatına xitam veriləcək. Əvvəlki qaydalara əsasən isə bu say 10 iclas olaraq təyin edilmişdi. Belə ki, sədr Ali Məclisin …
Read More »Minsk prosesi rəsmi olaraq bağlandı -ATƏT sülh üçün yeni mərhələ elan etdi
ATƏT Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında müsbət inkişafın müşahidə olunduğunu bəyan edib.Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilatın fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Vyanada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib. Valtonen vurğulayıb ki, avqust ayında Qarabağ üzrə Minsk prosesi və ona bağlı bütün strukturların bağlanması barədə konsensus …
Read More »Əbülfəs Qarayevin qızı Məhsəti Gəncəvini əxlaqsız qadın kimi təqdim etdi – Qarşısı belə alındı
Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasının səbəbi bəlli olub. Filmdə görkəmli şairə Məhsəti Gəncəvi gəzəyən əxlaqsız qadın kimi təqdim edilir. Rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, …
Read More »İraq “Hizbullah” və husiləri terror təşkilatı elan etdi- bütün aktivlər dondurulur
İraq hökuməti Livanın “Hizbullah” hərəkatını və Yəməndəki husi təşkilatı “Ənsar Allah”ı rəsmi şəkildə terror təşkilatları siyahısına daxil edib.Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin rəsmi dövlət nəşri məlumat yayıb. Qərarla yanaşı, Bağdad hakimiyyəti bu qurumlara məxsus bütün aktivlərin İraq ərazisində dondurulması barədə göstəriş verib. Hökumət rəsmisi “Shafaq News”-a açıqlamasında bildirib ki, bu addım İraqın FATF tələblərinə uyğunlaşmaq, həmçinin terrorla mübarizə üzrə …
Read More »Sensasion detallar ÜZƏ ÇIXDI: Rusiya oğurlanan ukraynalı uşaqları görün HARA GÖNDƏRİB…
Rusiya işğal etdiyi ərazilərdən deportasiya etdiyi bəzi ukraynalı uşaqları Şimali Koreyada yerləşən hərbi düşərgələrə göndərir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Senatındakı dinləmələr zamanı Regional İnsan Haqları Mərkəzinin eksperti Yekaterina Raşevskaya məlumat verib. Onun sözlərinə görə, hazırda ukraynalı uşaqların militarizasiya edildiyi və ruslaşdırıldığı 165 hərbi düşərgə müəyyən edilib. Bu düşərgələr həm işğal altındakı ərazilərdə, həm Rusiyanın özündə və Belarusda, həm …
Read More »Azərbaycanda yol qəzası: 12 nəfər xəsarət aldı – YENİLƏNİB
Şəmkirdə “Mercedes” markalı mikroavtobusu idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb. Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Belə ki, zərərçəkənlərə rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir. Yevlaxdan Şəmkirdəki istixanaya işçi daşıyan mikroavtobusda 20-dən çox sərnişin olub. *** Şəmkirdə mikroavtobus su kanalına aşıb. Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb. Bildirilir ki, mikroavtobus Yevlaxdan Şəmkirə …
Read More »Torpağa görə əmisi oğlunu bıçaqladı – təfərrüat
Göyçayda torpaq sahəsinə görə əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən Şaiq Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com oxu.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub, Ş.Salmanov 3 il azadlıqdan məhrum edilib. İttihama görə, hadisə bu il martın 22-də Göyçay rayonunun Bığır kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü Şaiq Salmanovla atasının əmisi …
Read More »Quru sərhədlərin açılmasına əsas əngəl
Parlamentdə hökumətə çağırış edildi – ekspertlər də artıq vaxtın yetişdiyini bildirir Xəbər verdiyimiz kimi, dekabrın 2-də Milli Məclisdə bir daha quru sərhədlərimizin açılması ilə bağlı hökumətə çağırış edilib. Deputat Qüdrət Həsənquliyev iclasda iştirak edən hökumətə müraciətlə deyib: “Hökuməti bir daha çağırıram ki, sərhədlərin açılması məsələsinə baxılsın. Siyavuş müəllim (Novruzov – red.) qeyd etdi, ölkənin daxilində ictimai təhlükəsizlik, dövlət təhlükəsizliyi yüksək …
Read More »Gültəkin Hacıbəyli İstanbuldan açıqlama yaydı: “G-82 maddəsi ilə saxlanılıram, Bakıya göndərəcəklər, qoymayın…”
Boyukmillet.com xəbər verir ki, Ramiz Mehdiyev işi çərçivəsində Azərbaycanda istintaqa dəvət olunan Milli Şura rəhbərlərindən biri – Gültəkin Hacıbəyli – hazırda Türkiyənin İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır. O, bu barədə öz sosial media hesabında geniş açıqlama yayıb. Gültəkin Hacıbəylinin sözlərinə görə, noyabrın 29-da gecə saatlarında kirayədə qaldığı mənzilə 4 polis əməkdaşı gəlib və onu heç bir hüquqi əsas …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar