İranla əlaqəsi olduğu iddia edilən hakerlər Ağ Evin aparat rəhbəri Syuzan Uayls və ABŞ prezidenti Donald Trampın vəkili Lindsi Halliqanın oğurlanmış elektron məktublarını yaymaqla hədələyiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. “İranla əlaqəsi olan hakerlər ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən oğurlanmış daha çox elektron məktubları yaymaqla hədələyiblər. Hakerlər bildiriblər ki, Ağ Ev aparatının rəhbəri Syuzan …
Read More »Yearly Archives: 2025
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir
Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Belə ki, iyulun 1-dən nikahın bağlanmasına mane olan halların sayı artırılır. Ailə Məcəlləsinə aşağıdakı hallar əlavə edilir. – qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; …
Read More »Ekvadorda dövlət vəsaitini mənimsəyən keçmiş vitse-prezidentə hökm oxunub
Ekvadorda məhkəmə keçmiş vitse-prezident Xorxe Qlas və yenidənqurma komitəsinin keçmiş katibi Karlos Bermudes barədə qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. İstintaq müəyyən edib ki, məmurlar zərər çəkmiş Manabi və Esmeraldas əyalətlərinə yardım üçün nəzərdə tutulmuş büdcə vəsaitlərindən sui-istifadə ediblər. Vəsaitlər fəlakətin nəticələrinə aidiyyatı olmayan layihələrə, o cümlədən zəlzələdən zərər görməyən obyektlərə və yararsız …
Read More »ABŞ Suriyaya qarşı sanksiyaların əksəriyyətinin ləğv edib
ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı bəzi sanksiyaların yumşaldılmasına dair sərəncam imzalayıb. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Mətni ABŞ administrasiyası tərəfindən dərc edilən sərəncamda qeyd edilib ki, Suriyaya qarşı sanksiyalar ləğv edilir, lakin keçmiş prezident Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara və kimyəvi silah proqramının iştirakçılarına qarşı tədbirlər qüvvədə qalır. Sərəncam …
Read More »Rusiya FTX-nin “Sputnik-Azərbaycan”da işləyən əməkdaşları – SAXLANILDI
Polisin “Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var. Boyukmillet.com xəbər verir ki, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb. Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN “Sputnik Azərbaycan”ın Bakıdakı ofisində əməliyyat keçirir. Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin …
Read More »Rusiyanın hərəkətləri bütün bəşəriyyətin sabitliyinə təhlükə törədir – Rövşən Tağıyev.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımızın qətlə yetirilməsi ilə nəticələnən RF FTX-nin əməkdaşları tərəfindən törədilən vəhşilikləri kəskin şəkildə pisləyib. Onun sözlərinə görə, Rusiyada başqa millətlərin hüquqlarının pozulması sinik şəkildə “xalqlar dostluğu” saxta şüarları ilə pərdələnir. Agentliyin həmsöhbəti deyib: “Dünya birliyi Ukraynaya narahatlıq, qətiyyətsizlik və kifayət qədər yardım göstərilmədiyini …
Read More »Dövlət himayəsində olan uşaqların ailə tipli kiçik qrup evi modelinə inteqrasiyası nəzərdə tutulur
Dövlət himayəsində olan uşaqların ailə tipli kiçik qrup evi modelinə inteqrasiyası nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, dövlətin himayəsində olan uşaqların müəssisə əsaslı xidmətdən ailə əsaslı xidmətə yönəldilməsi məqsədilə bu müəssisələrin ailə tipli kiçik …
Read More »Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 26-sı saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, yəni …
Read More »Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəngərli kəndinə 37 ailə – 153 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə …
Read More »Fransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır – BƏYANAT
“Environmental Protection First (EPF)” Koalisiyası Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com bəyanatın tam mətnini təqdim edir: “Biz – “Environmental Protection First (EPF)” Koalisiyasının üzvləri Fransanın nüvə yanacağı nəhəngi – “Orano” dövlət şirkətinin urantərkibli radioaktiv tullantıların bir hissəsini Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsini Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndiririk. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar