Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib, daha bir nəfər saxlanılıb

İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər. Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə “saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan …

Read More »

“Haber Global”: Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır

Rusiya Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıqlara yalan açıqlamalarla don geyindirməyə çalışır. Boyukmillet.com xəbər verir ki, bu fikir Türkiyənin “Haber Global” telekanalının efirində Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının iyunun 27-də Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın etməsi və zorakılıqları ilə bağlı müzakirələrdə yer alıb. “Rusiyanın qəzəb doğuracaq əməliyyatı. Azərbaycanlı ailə niyə hədəfə alındı?” adlı süjetdə bu ölkənin Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının azərbaycanlılara qarşı …

Read More »

Ermənistan da Rusiyaya qarşı demarş prosesini açıq şəkildə aparmağa başladı – “Sputnik Armenia” hədəfə alındı

“Sputnik Armenia”nın Fransanın Ermənistana dəstəyini qınayan, Makronun Paşinyanla telefon danışığını aşağılamağa çalışan xəbəri, əslində, Moskvanın Ermənistana qarşı informasiya təzyiqinin bariz nümunəsidir. Boyukmillet.com erməni mediasına istinadla bildirir ki, agentlik açıq şəkildə Ermənistanın daxili və xarici siyasətinə müdaxilə edən mövqe ortaya qoyur, Ermənistanın qərarlarını şübhə altına alır. Rusiya mediasının bu cür davranışı Ermənistanda ciddi narazılıq doğurur və faktiki olaraq İrəvanın Moskvaya qarşı …

Read More »

Ukrayna Ottava Konvensiyasından çıxır

Ukrayna piyada əleyhinə minaların istifadəsini, yığılmasını və istehsalını qadağan edən Ottava Konvensiyasından çıxır. Boyukmillet.com xəbər verir ki, bu barədə öz feysbuk səhifəsində “Qolos”dan olan xalq deputatı, Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin katibi Roman Kostenko yazıb: “Mənə indicə məlumat verildi ki, Ukrayna prezidenti Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının dövlətimizin Ottava Konvensiyasından – piyada əleyhinə minaların istifadəsini, yığılmasını və …

Read More »

Rusiyada azərbaycanlılara qarşı polis zorakılığına etiraz: Azərbaycanda rus mədəniyyət tədbirləri ləğv edildi

Bu qərar təşkilatçısı Emin Ağalarovun olduğu “Dream Fest”ə də təsir edib Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq mühafizə orqanlarının azərbaycanlı ailələrin evlərinə basqın etməsi və nəticədə iki nəfər azərbaycanlının işgəncəyə məruz qalaraq öldürülməsindən sonra Azərbaycan hökuməti etiraz olaraq Rusiyadan gələn bütün mədəniyyət tədbirlərini dayandırmaq qərarı verib. Mədəniyyət Nazirliyindən verilən rəsmi açıqlamada bildirilib ki, son dövrlərdə Rusiya hüquq-mühafizə orqanları tərəfindən etnik mənsubiyyətinə …

Read More »

Sabir Rüstəmxanlı: Tarix boyu Rusiyanın azərbaycanlılara qarşı bu cür vəhşiliklərini görmüşük

Rusiyada azərbaycanlılara qarşı törədilən hadisə dövlət tərəfindən törədilən cinayətdir. Bunu Report-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, bu hadisə dövlət çətiri altında gizlənmiş və yaxud gizlədilmiş quldur dəstələri tərəfindən törədilib: “Rusiya rəsmiləri bu adamları cəzalandırmaq əvəzinə, “araşdırılır” kimi mənasız ifadələrdən istifadə edirlər. Bu, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törədilən …

Read More »

Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülən azərbaycanlıların nəşləri “Ural Hava Yolları” vasitəsilə sabah Vətənə gətiriləcək. Bu barədə “Report”un Rusiya bürosu xəbər verir. Hazırda konsulluqda bununla bağlı işlər gedir. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış …

Read More »

Azərbaycanın Rus icması Yekaterinburqda güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib

Azərbaycanın Rus icması Yekaterinburqda güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir. Bəyanatda xatırladılır ki, iyunun 27-də Yekaterinburqda hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri nəticəsində Azərbaycanəsilli vətəndaşlar – Azərbaycan və Rusiya vətəndaşları həlak olub və xəsarət alıblar. “Azərbaycanın Rus icması həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və baş verənlərlə bağlı ciddi narahatlığını ifadə edir. Biz vəzifəli …

Read More »

Azərbaycan parlamentinin nümayəndə heyəti Moskvada keçiriləcək iclasda iştirak etməyəcək

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməyəcək. Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Buna səbəb Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və …

Read More »

Səbinə Əliyeva azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya Ombudsmanına məktub ünvanlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə nəticəsində beş nəfərin amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli xəsarət faktları ilə bağlı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Tatyana Moskalkovaya və Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (regional ombudsmanı) Tatyana Merzlyakovaya rəsmi məktub ünvanlayıb. Bu barədə qurumun məbuat …

Read More »