Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti bunu Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşündə deyib. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan iqtisadi və strateji əlaqləri genişləndirir. “Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb və regionun qalıcı sülhə sahib olacağına inanırıq. Azərbaycanı 28 May – Müstəqillik Günü …
Read More »Yearly Archives: 2025
Türkiyə səfiri Azərbaycanı təbrik etdi – FOTO
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün xalqımızı təbrik edib. Boyukmillet.com xəbər verir ki, o, “X” hesabında 28 May – Müstəqillik Günü ilə bağlı paylaşım edib: “Can Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edirəm! Hər zaman tək millət, iki dövlət!”
Read More »Azərbaycan və Türkiyə liderləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar. Bu barədə “Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir.
Read More »Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımdakı fotonun üzərində bu sözlər yer alıb: “28 May – Müstəqillik Günü”. https://www.instagram.com/p/DKK21RBt5_M/?utm_source=ig_embed&ig_rid=588afb8a-cb10-48ad-93b2-689ef0d1acf5&ig_mid=2A38A001-C600-46EA-9B3A-9695B8C111BA
Read More »Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Bu gün Azərbaycanda Müstəqillik Günüdür. Boyukmillet.com xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 107 il ötür. Bu bayram artıq beşinci ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. …
Read More »Rusiya Azərbaycanla sərhəddə intellektual keçid məntəqəsi yaradacaq
Rusiyanın Azərbaycanla sərhədində ilk intellektual keçid məntəqəsi yaradılır və hazırda sistem sınaqdan keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi sosial şəbəkələrdə bildirib. Söhbət Azərbaycanla sərhəddə Dağıstan Respublikasında yerləşən Tahirkənd-Qazmalar keçid məntəqəsindən gedir. Keçid məntəqəsindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi keçir və burada hər gün orta hesabla 230 yük maşını yola salınır. Keçid məntəqəsi “Səmərəli nəqliyyat sistemi” adlı milli layihə çərçivəsində modernləşdiriləcək: …
Read More »İran Fransa XİN rəhbərinin “alçaldıcı ifadələri və əsassız bəyanatlarına” etiraz edib
Etiraza səbəb “Kann” festivalında iranlı dissident rejissor Cəfər Pənahinin filminin qalib olması ilə bağlı səsləndirilən fikirlər olub İran Xarici İşlər Nazirliyi Fransa səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq, Fransa xarici işlər naziri Jan-Noel Barronun bəyanatı ilə əlaqədar ona etirazını bildirib.Bu haqda İSNA dövlət xəbər agentliyi mayın 25-də məlumat verib. Etiraza səbəb Fransa XİN rəhbərinin “Kann” festivalında iranlı dissident rejissor Cəfər Pənahinin filminin …
Read More »Rusiya Azərbaycan və İranla “Şimal-Cənub” dəhlizi üzrə əməkdaşlığı gücləndirməyə dəvət edir
Əldə edilmiş razılaşmaların inkişafı, “darboğaz”ların aradan qaldırılması və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin sürətlə reallaşdırılması üçün Rusiya, Azərbaycan və İran arasında üçtərəfli formatda əməkdaşlıq gücləndirilməlidir. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə Birinci Departamentinin direktor müavini Viktoriya Malkova Bakıda keçirilən “Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu” mövzusunda beynəlxalq dəyirmi masada bildirib. Onun …
Read More »Türkiyə ABŞ və Avropanın Suriyaya qarşı sanksiyaların ləğvi qərarını alqışlayır
Türkiyə və Rusiya Suriyanın suverenliyini qorumaq və sabitliyini təmin etmək üçün səylərini davam etdirəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Suriyanın yeni hakimiyyəti ölkədə terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni davam etdirir. “Türkiyə ABŞ və Avropanın Suriyaya qarşı ləğv etmək qərarını alqışlayır. Türkiyə Prezidenti …
Read More »Ərdoğan sabah Azərbaycana səfərə gəlir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, səfər sabaha, yəni Azərbaycanın 28 May – Müstəqilllik Gününə təsadüf edəcək. Qeyd edək ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin də Azərbaycana səfəri gözlənilir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar