Bu gün, mayın 26-da prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıSərəncama ümumilikdə 220 şəxs düşüb. Onlardan 175-i cəzasının qalan hissəsindən azad edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 25 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb Əfv sərəncamına düşənlərdən biri cərimə edilibmiş. Fransa …
Read More »Yearly Archives: 2025
Əfv sərəncamının icrası bu gün həyata keçiriləcək
Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrası bu gün həyata keçiriləcək. Boyukmillet.com xəbər verir ki, əfvin icrası Penitensiar Xidmət müəssisələrində, İcra və Probasiya xidmətində təşkil olunacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Sərəncama əsasən, 25 nəfərin cəzasının …
Read More »Laçın Hava Limanına beynəlxalq status verilib
Baş nazir Əli Əsədov Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb. Boyukmillet.com məlumatına görə, sərəncamda deyilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin razılaşdırılmış təklifləri nəzərə alınaraq Laçın rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Laçın Hava Limanına beynəlxalq status verilsin. Xarici İşlər Nazirliyi bununla bağlı müvafiq beynəlxalq …
Read More »Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Əfv Sərtəncamı 200-dan çox şəxsə şamil olunub. Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti …
Read More »Bakıda dünyada baş verən islamofobiya hallarını özündə əks etdirən film nümayiş olunub
Bakıda dünyada baş verən islamofobiya hallarını özündə əks etdirən film nümayiş olunub. Boyukmillet.com xəbər verir ki, filmin nümayişi “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda baş tutub. Filmdə Azərbaycanın bu ayrı-seçkiliyə qarşı mübarizə yollarından və İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün elan olunmasından sonra rəsmi Bakının bu günə həsr olunmuş ardıcıl tədbirlər keçirməsindən bəhs edilib.
Read More »İndoneziyada Semeru vulkanı sutka ərzində 11 dəfə püskürüb və 4,8 km yüksəkliyə kül atıb
İndoneziyada Şərqi Yava əyalətində bazar günü günortayadək olan sutka ərzində Semeru vulkanının 11 püskürməsi qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Tempo” portalı müşahidə məntəqəsinin əməkdaşlarına istinadən bildirib. Bildirilib ki, püskürmələr nəticəsində yaranan kül sütunu vulkanın kraterindən 1 200 metr və ya dəniz səviyyəsindən 4 876 metr yüksəkliyə qalxıb. Respublikanın Vulkanologiya və Geoloji Fəlakətlərin Fəsadlarının Yumşaldılması Mərkəzi yerli sakinlərə …
Read More »Qərbi Azərbaycan İcması Erməni Apostol Kiləsinin irqi ayrı-seçkiliyə əsaslanan bəyanatını qınayıb
Qərbi Azərbaycan İcması Erməni Apostol Kiləsinin Qafqaz Müsəlmanları İdarəsinin İrəvan Qazılığının bərpa edilməsi barədə qərarı ilə bağlı 23 may 2025-ci ildə yaydığı bəyanatı qınayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir. “Sözügedən bəyanatında azərbaycanlılara qarşı irqi nifrət aşılayan və inkarçı mövqe sərgiləyən Erməni Apostol Kilsəsi humanizm dəyərlərindən uzaq, siyasiləşmiş bir qurum olduğunu və əsl məqsədinin xalqlar …
Read More »Zelenskidən Amerikaya QINAQ: Susqunluq Putini ruhlandırır
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın yeni rekord həcmli hücumundan sonra sərt bəyanatla çıxış edib. Boyukmillet.com xəbər verir ki, Zelenski Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb və ABŞ-ın susqunluğunu tənqid edib. “Rusiyanın hər bir terror aktı – yeni sanksiyalar üçün kifayət qədər əsasdır. Rusiya bu müharibəni uzadır və hər gün adam öldürür. Dünya istirahət günlərinə çıxsa da, müharibə nə şənbə, nə bazar, …
Read More »Çin Rusiyanı silahlandırır – Ukrayna kəşfiyyatı 20 hərbi zavoda təchizat faktını açıqladı
Çin sistemli şəkildə Rusiyaya hərbi məqsədli avadanlıq, barıt və xüsusi kimyəvi maddələr göndərir.Boyukmillet.com xəbər verir ki, Ukraynanın Xarici Kəşfiyyat Xidməti 20 Rusiya hərbi zavoduna bu cür təchizatın həyata keçirildiyini təsdiqləyən məlumatlara malikdir. Məlumata görə, Rusiyanın pilotsuz uçuş aparatları üçün istifadə etdiyi kritik elektronikanın 80%-i Çin mənşəlidir. 2024–2025-ci illər ərzində Rusiya ilə Çin arasında azı 5 hava əməkdaşlığı hadisəsi qeydə alınıb. …
Read More »Ukrayna 24-cü F-16-nı alır – Niderland verdiyi vədi tamamlayır
Niderlandın müdafiə naziri Ruben Brekelmans Ukraynaya göndərilməsi vəd edilən 24 F-16 qırıcı təyyarədən sonuncusunun 26 may tarixində yola salınacağını açıqlayıb.Boyukmillet.com xəbər verir ki, bu barədə nazir özü bəyanatla çıxış edib. Qeyd olunur ki, Niderland ötən ilin yayında artıq 23 F-16 qırıcısını Ukraynaya təqdim edib. Həmçinin bu təyyarələrin bir qismi Rumıniyada yaradılmış pilot və ekipajların hazırlıq mərkəzinə də göndərilib. Ukrayna F-16-ları …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar