Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 403 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib. “Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 38 % çoxdur. Təkcə apreldə isə 245 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ …
Read More »Yearly Archives: 2025
İsrail Ordusu Livanda “Hizbullah”ın silah istehsalı obyektinə zərbə endirib
İsrailin Müdafiə Ordusu Livanın Bekaa bölgəsində radikal “Hizbullah” hərəkatının strateji silah istehsalı və anbarı obyektinə zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb. Hərbçilər bəyanatda qeyd ediblər ki, İsrail Ordusu “Hizbullah”ın ərazidə mövcudluğunu və fəaliyyətini bərpası cəhdlərini müəyyən edib. “Bundan əlavə, Livanın cənubundakı Şrifa bölgəsində “Hizbullah”ın əlavə hərbi hədəflərinə də hücum olunub”, – nazirlik əlavə …
Read More »Azərbaycan və İranın beyin mərkəzləri Anlaşma Memorandumu imzalayıblar
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənəd “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusundakı tədbir çərçivəsində imzalanıb. Memoranduma əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub. Sənəd BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev və İranın …
Read More »İsrail Ordusu Suriyanın cənubunda Əsəd qüvvələrinin mərkəzi qərargahını söküb
İsrail Ordusunun 810-cu briqadasının bölmələri Suriyanın cənubunda keçmiş prezident Bəşər Əsədin dövründə Hermon dağı bölgəsində Suriya ordusunun mərkəzi qərargahı kimi istifadə olunan hərbi mövqeni aşkar edərək söküb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb. “810-cu briqadanın qoşunları, o cümlədən desantçılar və “Yahalom” mühəndis bölməsi, keçmiş Suriya rejimi dövründə Hermon dağı bölgəsinə cavabdeh olan bölmənin mərkəzi qərargahında əməliyyatı …
Read More »Ermənistan silahlı qüvvələrinin Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edilib
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilmiş qətliam faktı ilə bağlı protokollar elan və tədqiq edilib. Boyukmillet.com xəbər verir ki, sənədlərə əsasən, Laçın rayonu işğal edildikdən sonra müvəqqəti olaraq Goranboy rayonunun Ballıqaya kəndində yerləşən, Gülüstan meşəliyinin kənarında alaçıqlarda məskunlaşmış, Laçın rayonunun Nağdalı kənd sakinləri 1992-ci il avqustun 28-də gecə …
Read More »Tofiq Yaqublu ağrılarından şikayət edib
35 gündür aclıq edən siyasətçinin apelyasiya şikayətinə sabah baxılacaq Vəkili Nemət Kərimli həbsinə etiraz olaraq 35 gündür aclıq edən Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, vəkil onunla saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşüb. Vəkilin sözlərinə görə, Yaqublu yata bilmir və ötən gecə yalnız “Dimedrol” iynəsi vurulduqdan sonra yata bilib. O əlavə edib …
Read More »Xarici İşlər Nazirliyinin Əsasnaməsi və strukturu təsdiqlənib
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının səfirlikləri, daimi nümayəndəlikləri, konsulluqları və fəxri konsulları haqqında əsasnamələrin yeni layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Qurum, həmçinin Xarici İşlər Nazirliyində xidmət keçən …
Read More »Netanyahunun Azərbaycana səfərinin təxirə salındığı bildirilir
Məlumata görə, buna səbəb Türkiyənin öz hava məkanından keçməyə icazə verməməsidir İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana planlaşdırılan səfərinin təxirə salındığı bildirilir. Baş nazirliyin açıqlamasında səfərin təxirə salınmasının “bölgədəki təhlükəsizlik vəziyyəti və diplomatik cədvəlin sıxlığı” ilə əlaqəli olduğu bildirilib. “Reuters”in məlumatına görə, bu qərarın arxasında Qəzzadakı əməliyyatların genişləndirilməsi üçün minlərlə ehtiyat hərbçinin çağırılması və Livan sərhədi ilə işğal altındakı Qərb Sahilinə yerləşdirilməsi kimi hərbi …
Read More »ABŞ Apelyasiya Məhkəməsi “Azadlıq” və “Amerikanın səsi” radiolarının əleyhinə qərar verib
Məhkəmə xəbər qurumlarının fəaliyyətini bərpa etməsinə icazə verən aşağı instansiyanın qərarını dayandırıb ABŞ Apelyasiya Məhkəməsi “Azad Avropa/Azadlıq” radioları (RFERL) və digər xəbər qurumlarına fəaliyyətini bərpa etməsinə icazə verən qərarı dayandırıb. Vaşinqtondakı üç hakimdən ibarət Kollegiyanın 1 may və eyni Kollegiyanın 3 may tarixli müvafiq qərarı “Azad Avropa/Azadlıq” radiolarının büdcəsinin, eləcə də material dərc etməyə və yayımlamağa davam etmək qabiliyyətini sual altına …
Read More »İran Azərbaycan və Gürcüstana TRACECA çərçivəsində tranzit dəhliz yaratmağı təklif edir
İran TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif edir. Boyukmillet.com İran mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe bildirib. O qeyd edib ki, sözügedən təşəbbüs İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin bu yaxınlarda Azərbaycana səfəri zamanı səsləndirilib və rəsmilər tərəfindən bəyənilib. Müşavirin sözlərinə görə, bu il İranın yol və şəhərsalma naziri …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar