Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Şuşada Birinci İslam Dünyası Mədəniyyət Forumu keçirilir

Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumu keçirilir. “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmilər, media mənsubları iştirak edir. Forumda postmünaqişə dövründə mədəni irsin …

Read More »

Sel Ağsuda can aldı

Güclü yağış nəticəsində ekskavatora sığınan 1 nəfər həyatını itirib, 3 nəfər yaralanıb Ağsunun Kalva kəndində güclü yağışın yaratdığı sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışdan qorunmaq məqsədilə ekskavatorun içərisinə sığınıblar. Lakin bir qədər sonra gələn selin təsirindən ekskavator aşıb. Hadisə nəticəsində ekskavatorun içindəkilərdən biri – 1982-ci il təvəllüdlü Ayətullayev …

Read More »

İlham Əliyev: “Azərbaycan 12 ölkəyə təbii qaz ixracını Gürcüstan vasitəsilə həyata keçirir”

Gürcüstan Prezidenti: Ümid edirik ki,  Azərbaycan və Ermənistan arasında yaxın gələcəkdə tarixi saziş imzalanacaq Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycana rəsmi səfər edib. Aprelin 16-da Azərbaycanın Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər. İlham Əliyev bildirib ki, hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. …

Read More »

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib

Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən bildirilib. İclasa Azərbaycan Baş nazirinin müavini, Komissiyanın həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci sədrlik ediblər. Baş nazirin müavini Şahin Mustafayev iclası açaraq bildirib ki, Hökumətlərarası Komissiya çərçivəsində aparılan danışıqlar dövlət başçılarımızın verdiyi tapşırıqların icrasını müzakirə etmək, həmçinin …

Read More »

“Haber Global”: Mərkəzi Asiya dövlətlərinin yunan Kiprinə səfir təyinatından vaxtında xəbəri olmayanlardan hesabat istəniləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Asiya türk dövlətlərinin yunan Kiprinə səfir təyin etməsindən vaxtında xəbərdar olmayan və məlumat verməyən qurumlardan hesabat tələb edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global”ın süjetində İstanbul Topkapı Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının dosenti Cihat Yaycı danışıb. O bildirib ki, bəzi qüvvələrin Mərkəzi Asiya dövlətlərinin bu addımının önəmli məsələ olmadığı, Türkiyənin siyasətinə heç bir …

Read More »

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə memorandum imzalayıb

Sosial Tədqiqatlar Mərkəzinin (STM) nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olublar. Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti və cənab Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısını vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlərdən danışıb. Görüşdə həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq edilən …

Read More »

Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb

Azərbaycanda yağışlı hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib. “Hazırda Xəzər dənizi akvatoriyasında küləyin sürəti 30-35 m/s-ə yüksəlib, sahilboyu ərazilərdə dalğaların hündürlüyü 3 metrdən çoxdur. Bütün limanlara giriş və çıxış bağlıdır, yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və …

Read More »

FHN: Yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunanlarla bağlı nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin …

Read More »

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycana rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıb.

Read More »