Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti mart ayı ərzində aralarında Azərbaycan vətəndaşlarının olduğu 97 xarici vətəndaşı ölkədən deportasiya edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan DİN-in rəsmi məlumatında bildirilib. Məlumatda qeyd olunub ki, departament nazirliyin digər qurumları ilə birgə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir. Mart ayı ərzində müxtəlif ölkələrdən olan 97 vətəndaşın Gürcüstandan çıxarılması həyata keçirilib. …
Read More »Yearly Archives: 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Read More »Azərbaycanın BMT-də çağırışı: İtkin düşənlərin taleyi açıqlanmalı, cinayətkarlar cəzalandırılmalıdır
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev Baş Assambleyada “İtkin düşmüş şəxslər” mövzusunda keçirilən müzakirələrdə çıxış edib. Boyukmillet.com-un ABŞ bürosunun məlumatına görə, səfir bildirib ki, Azərbaycan 2004-cü ildən bəri konsensus əsasında qəbul edilən və son iki qətnaməsi bu görüşü mandatlaşdıran Baş Assambleyanın ikiillik “İtkin düşmüş şəxslər” qətnaməsinin müəllifi və təşəbbüskarı olmaqdan qürur duyur. Diplomat qeyd edib ki, 1990-cı illərin əvvəllərindən …
Read More »Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabat MM-ə təqdim edilib
“Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat” Milli Məclisə təqdim edilib. Boyukmillet.com bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, bu gün qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda hesabat müzakirə olunub. Bildirilib ki, sənəddə Hesablama Palatasının Strateji Planına uyğun olaraq 2024-cü il üzrə planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla əks etdirilib, həmçinin burada nəzarət …
Read More »Azərbaycana gətirilən 170 tondan artıq ət məhsulunda uyğunsuzluq aşkarlanıb
Azərbaycana gətirilən bir sıra ət məhsullarında uyğunsuzluq aşkarlanıb. Bu barədə Boyukmillet.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Uyğunsuzluq aşkarlanan məhsullar aşağıdakılardır: №Məhsulun adıMiqdarıMənşə ölkəsiİdxalçı şirkətAşkar olunan uyğunsuzluq1Dondurulmuş mal əti20 tonUkrayna“Gourment” MMCİnsan istehlakı üçün yararsız2Dondurulmuş mal əti20 tonUkrayna”Azer Land” MMCİnsan istehlakı …
Read More »Putin 160 min nəfərin hərbi çağırışı barədə sərəncam imzalayıb
Bu, son 14 ilin ən böyük hərbi çağırışıdı Vladimir Putin 2025-ci il üçün yaz hərbi xidmətinə çağırış haqqında sərəncam imzalayıb. Sərəncam çərçivəsində 160 min nəfərin hərbi xidmətə çağırılması planlaşdırırlır. “Novaya qazeta”nın bildirdiyinə görə, bu, son 14 ildə ən böyük hərbi çağırışdır. Yalnız 2011-ci ildə daha çox çağırışçı qeydə alınıb – 203 min. Yazda baş tutacaq hərbi xidmətə çağırış təqvimə uyğun olaraq …
Read More »Dərman vasitələrinin farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin tarifləri tənzimlənib
Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin tarifləri tənzimlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələyə Tarif Şurasının bugünkü iclasında baxılıb. Qeyd olunub ki, tariflərin dərman vasitərlərinin qiymətlərinə təsiri gözlənilmir. Çünki farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinə görə tariflərin ödəyiciləri dərman vasitələrinin istehsalçıları və ya idxalçılarıdır. Eyni vəsiqə sahibinə münasibətdə təsiredici maddə əsas götürülməklə Azərbaycanda …
Read More »Putin orduya 160 min nəfərin çağırılması barədə fərman imzalayıb
Rusiya prezidenti Vladimir Putin orduya yaz çağırışı ilə bağlı fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, Putin bu ilin aprel-iyul aylarında 160 min nəfərin hərbi xidmətə çağırılması barədə göstəriş verib. Bu ilin aprelin 1-dən iyulun 15-ə qədər yaşı 18-30 arası olan Rusiya vətəndaşları hərbi xidmətə çağırılacaqlar. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, orduya yaz çağırışı xüsusi hərbi əməliyyatla …
Read More »Azərbaycan Prezidenti Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb
Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Boyukmillet.com xəbər verir ki, bu …
Read More »Gürcüstanın DTX rəhbəri istefa verib
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Qriqol Liluaşvili istefa verib. Boyukmillet.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib. DTX-nin yeni rəhbəri ədliyyə naziri Anri Oxanaşvili olacaq, onun yerinə isə Paata Salia təyin olunacaq. “Biz Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə Anri Oxanaşvilinin namizədliyini parlamentə təqdim edirik. Xatırladırıq ki, ədliyyə naziri vəzifəsini tutmazdan əvvəl …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar