İnsanı təbrik edəndə, xoş münasibət bildirəndə əsas arzularımızdan biri can sağlığı olur. “Can sağlığı arzu edirəm”, “sağlam ol”, canın sağ olsun”, “canın ağrımasın” və s. bu kimi ifadələrə gündəlik danışığımızda tez-tez təsadüf edilir. İnsan lap dünya malına sahib olsa da bir yeri ağrıyanda pənah apardığı ünvan həkim olur. Yaxşı, savadlı, vicdanlı mütəxəssis tapmaq elə də asan deyil. Elmi, texnoloji yeniliklərlə …
Read More »Yearly Archives: 2025
Aprel ayında Bakıda hava 30 dərəcəyədək isti olacaq
Aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə 1-2 dərəcə yüksək olacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aprel ayı ilin soyuq dövrünün sonu, isti dövrünün başlandığı ay kimi xarakterizə olunur. Buna görə də aprel ayında ölkə ərazisində dəyişkən hava şəraiti müşahidə olunur. Aylıq yağıntının miqdarının isə iqlim …
Read More »DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu barədə Dövlət Sərhəd Xidmətdən məlumat verilib. Bildirilib ki, mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Qoşun-əməliyyat …
Read More »Ukrayna şəhərlərinə raket, PUA-zərbələri endirilib – Zelenski açıqlama yaydı
Rusiya ordusu bazar günü axşam və bazar ertəsinə keçən gecə Ukraynanın bir neçə bölgəsini yenidən atəşə tutub və nəticədə itkilər var. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Çerkassı, Xerson, Donetsk, Zaporojya, Dnepropetrovsk, Sumi və Xarkov vilayətləri atəşə, hava hücumlarına və pilotsuz təyyarələrin zərbələrinə məruz qalıb. Xerson vilayətində Antonovka kəndində pilotsuz təyyarənin hücumu zamanı iki nəfər, Berislav rayonunda isə PUA-nın avtomobilinə …
Read More »Ərdoğan: Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir
Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqalada Amfibiya Korpusu Komandanlığının şəxsi heyətinə müraciətində deyib. O bildirib ki, Türkiyə Suriya və İraqda terrorla mübarizə aparır: “Eyni zamanda biz Albaniya, Liviya, Azərbaycan, Qətərdə sülh və təhlükəsizliyin təsis olunmasına töhfə veririk”.
Read More »İmamoğluna görə Türkiyəyə gedən, PKK ilə əməkdaşlıq edən isveçli “jurnalist” həbs olunub
PKK terror təşkilatı üçün Türkiyədə fəaliyyət göstərən isveçli “jurnalist” Kaj Joakim Medin “Prezidentə təhqir” və “silahlı terror təşkilatına üzv olmaq” maddələri ilə həbs olunub. Boyukmillet.com “Yeni Şafak”a istinadən xəbər verir ki, o, 2023-cü ilin yanvarın 11-də İsveçin Stokholm şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maketini asıb. Yanvarın 13-ə Kaj Joakim Medin haqqında istintaq başladılıb. İstintaq çərçivəsində Medin də daxil olmaqla 15 nəfər …
Read More »Ermənistanda seçki günü Gümrü Ağsaqqallar Şurasının üzvlüyünə namizəd oğurlanıb
Ermənistanda mülki geyimli naməlum şəxslər “Bizim şəhər” seçki blokundan Gümrü Ağsaqqallar Şurasının üzvlüyünə namizəd Anait Xalatyanı qaçırıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə “Bizim şəhər” blokundan Gümrü merliyinə namizəd, Ermənistan Milli Assambleyasının (“Şərəf duyuram” fraksiyası) deputatı Martun Qriqoryan bildirib. Bundan əvvəl blok Xalatyanı mülki geyimli naməlum şəxslərin qaçırdığını bəyan edib. Hadisə ilə bağlı seçki bloku hüquq-mühafizə orqanları ilə əlaqə …
Read More »Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb
Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınıb. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və …
Read More »Biləsuvarda polis əməliyyat keçirib, narkotik vasitə və silah-sursat aşkarlanıb
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı E.Məmmədov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosuna verilən məlumata görə, həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və 1 ədəd gecəgörmə cihazı aşkarlanıb. Keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Y.Qurbanov saxlanılıb. Ondan “Makarov” markalı tapança, 4 ədəd …
Read More »ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan xalqını təbrik edib
ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycan xalqını Ramazan Bayramı münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı səfirliyin “X”dəki hesabında paylaşım edilib. “Amerika Birləşmiş Ştatları adından Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bu mübarək ayın sonunda sizə və sevdiklərinizə sülh, sevinc və firavanlıq arzulayıram. Ramazan bayramınız mübarək!”, – paylaşımda qeyd edilir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar