İstanbul Cəza Məhkəməsi şəhərin bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib və o, tezliklə həbsxanaya aparılacaq. Boyukmillet.com “A haber” telekanalına istinadən xəbər verir ki, məhkəmə prokurorun bələdiyyə sədrinin həbsə ilə bağlı vəsatətini təmin edib. İmamoğluya qarşı iki ittiham irəli sürülüb. Biri meriyadakı korrupsiya, digəri terrora yardımdır. Onun korrupsiya işi ilə bağlı həbs edildiyi qeyd olunur. Bu arada, ittiham …
Read More »Yearly Archives: 2025
Ərdoğan: Dörd gündür xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər
Müxalifət nə edirsə etsin, biz heç vaxt sağlam düşüncədən, səbirdən, sakitlikdən əl çəkməyəcəyik. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul təşkilatının iftar proqamında çıxışı zamanı deyib. “Bələdiyyələrimiz korrupsiyanın, ədalətsizliyin tərəfində olmayacaq, onlar nəyin doğru, nəyin halal, nəyin haram olduğunu bilə-bilə xalqına xidmət edəcək. Dörd gündür (müxalifət-red) xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər”, – Ərdoğan …
Read More »Türkiyədə İmamoğlunun həbsi ilə bağlı keçirilən qanunsuz aksiyalarda 343 şəxs saxlanılıb
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı ölkədə keçirilən qanunsuz aksiyalarda 343 şəxs saxlanılıb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Nazir deyib ki, dünən gecə İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə baş verən etiraz aksiyalarında iştirak edən 343 şübhəli tutulub: “İctimai asayişi pozmağa …
Read More »Fransa Azərbaycana birbaşa investisiyaları 25 dəfə artırıb
Ötən il Fransanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 121,91 milyon ABŞ dolları təşkil edib. Boyukmillet.com -un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, il ərzində investisiyaların həcmi 25,11 dəfə və ya 117,056 milyon ABŞ dolları artıb. Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Fransadan yatırılan investisiyaların payı 1,7 % təşkil edir. Öz növbəsində, Azərbaycan ötən il Fransa iqtisadiyyatına 19,224 milyon ABŞ dolları (-2,43 %) sərmayə qoyub, birbaşa xarici investisiyaların ümumi həcmində bu …
Read More »Qar uçqununa düşmüş hərbi qulluqçunun nəşi ailəsinə təhvil verilib
Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan hərbi qulluqçusunun cənazəsi ailəsinə təhvil verilib. Bu barədə “Report”un Qarabağ bürosu xəbər verir. Məlumata görə, hərbçi Ruslan Həmidovun nəşi gecə saatlarında ailəsinə təhvil verilib. O, Bərdə şəhər şəhidlər xiyabanında dəfn ediləcək. Xatırladaq ki, daha əvvəl qar uçqununa düşmüş iki hərbçinin nəşi tapılmışdı.
Read More »BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib
Martın 21-də BMT-nin Qadınların Statusu Komissiyasının (CSW) 69-cu sessiyası çərçivəsində Azərbaycanın təklifi əsasında “Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən sonradan həbs edilmiş qadınların və uşaqların azadlığa buraxılması” adlı qətnamə qəbul olunub. Boyukmillet.com xəbər verir ki, sənəd BMT-nin elektron bazasına yerləşdirilib. 1994-cü ildən başlayaraq iki ildən bir gündəmə gətirilən bu sənəd silahlı qarşıdurmalar zamanı qadın və uşaqların vəziyyətinə xüsusi önəm verir və girovluq …
Read More »Gədəbəydə qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb
Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyini və Fövqəladə Hallar Nazirliyinin yaydığı birgə məlumatda bildirilib. Qeyd olunub ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib. Qeyd edək ki, qar uçqununa düşən …
Read More »Finlandiya yenə “ən xoşbəxt ölkə” seçildi – Azərbaycan siyahıda neçəncidir? (SİYAHI)
Artıq səkkizinci ildir ki, Finlandiya dünyanın ən xoşbəxt ölkəsi seçilir. Boyukmillet.com xəbər verir ki, tanınmış “World Happiness Report”-un dərc etdiyi yeni hesabatda 147 ölkə yer alıb və onların arasında Finlandiya birincidir. Dünya Xoşbəxtlik Hesabatı 147 ölkədə insanlar arasında aparılan qlobal sorğunun məlumatlarına əsaslanır. Ölkələr xoşbəxtlik səviyyəsinə görə əvvəlki üç ildəki orta həyat ballarına görə sıralanır – bu il hesabat 2022-2024-cü illəri əhatə edib. Hesabatda adambaşına …
Read More »Xarici işlər naziri Ərtoğruloğlu: “Türk birliyinə inanırıq”
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Əruğruloğlu “Türk Dünyası Novruz Bayramı” tədbiri çərçivəsində ŞKTC-yə gələn qonaq heyəti qəbul edib. Boyukmillet.com xəbər verir ki, Türk dünyasının birliyinə inandıqlarını ifadə edən Ərtoğruloğlu: “Qardaşlarımızın burada tədbir təşkil etməsindən məmnunuq”, – deyib. Azərbaycan-Kıbrıs Dostluq Qrupu Cəmiyyətinin prezidenti Orxan Həsənoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət İdarəsinin …
Read More »Bərdəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki polis aşkarlayıb
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində əvvəllər məhkum olunan Sarvan Məhərrəmov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ondan 4 kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirdiyi narkotikin Bərdə rayonu ərazisində satışını təşkil etmək istədiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, S.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar