Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə martın 13-də qəbul etdiyi qətnamə ilə bağlı etiraz məktubu göndərib. Boyukmillet.com-un məlumatına görə, məktubda deyilir: “Biz Avropa Parlamentinin martın 13-də qəbul etdiyi “Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Suverenlik, qanunun aliliyi və ədalət prinsiplərinin saya alınmadığı bu qətnamədə Azərbaycanın …

Read More »

Bayram günlərində yağış yağacaq, külək əsəcək, temperatur 10-15 dərəcə enəcək – XƏBƏRDARLIQ

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcəyi gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti ilkin xəbərdarlıq yayıb.  Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Yağıntılı hava …

Read More »

ABŞ Rusiya daxil 43 ölkənin vətəndaşları üçün ölkəyə giriş məhdudiyyətləri tətbiq edəcək

ABŞ hakimiyyəti Rusiya və Belarus vətəndaşları da daxil olmaqla 43 ölkənin vətəndaşları üçün ölkəyə giriş qaydalarını dəyişdirmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən xəbər verir. ABŞ Dövlət Departamenti bu ölkələri üç kateqoriyaya ayırmağı planlaşdırır. 11 ölkənin – Əfqanıstan, Butan, Venesuela, Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ-yə giriş …

Read More »

Rusiya təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub

Yapon dənizi bölgəsində Rusiya təyyarələri Seul tərəfindən birtərəfli qaydada müəyyən edilmiş hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Boyukmillet.com “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsindən bildirilib. Təyyarələr yerli vaxtla saat 09:20 radələrində zonaya daxil olub və daha sonra oradan çıxıb. Ölkənin hava məkanı pozulmayıb. Seul Rusiya tərəfinin hava məkanını pozmaq niyyəti …

Read More »

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyət istiqamətləri genişləndirilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Qoruq İdarəsi rayon ərazisinə və müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil edəcək. Eyni zamanda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyət istiqamətləri sırasına aşağıdakılar əlavə edilib: – Şuşa rayonu və müvafiq ərazidə əhalinin qayıdışı …

Read More »

Azərbaycan gələn il Türk Dövlətləri Təşkilatına sədrlik edəcək

Azərbaycan gələn il Türk Dövlətləri Təşkilatına (TDT) sədrlik edəcək. Bunu “Report”a müsahibəsində TDT Baş katibinin müavini Ömer Kocaman deyib. O vurğulayıb ki, TDT Birinci Türkoloji Qurultayın 100-cü ildönümündə Bakıda böyük bir konqres keçirmək və bu konqresdə ortaq türk əlifbasını bütün dünyaya təkrar elan etmək planlaşdırılır: “Ortaq dil və əlifba həmişə müzakirə mövzusu olub. Bu istiqamətdə müxtəlif işlər də həyata keçirilib. Hazırda …

Read More »

Tramp ABŞ-nin bir neçə keçmiş hökumət rəsmisinin mühakimə olunmasını tələb edir

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların 46-cı lideri Cozef Baydenin administrasiyasında işləyənlər də daxil olmaqla, bəzi keçmiş hökumət rəsmilərini müxtəlif qanun pozuntularına görə məsuliyyətə cəlb etməyə çalışdığını bildirib. Bu barədə Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir. “Onlar Amerika xalqının iradəsini pozmağa çalışmaq üçün bizim kəşfiyyat və hüquq-mühafizə orqanlarımızın böyük imkanlarından istifadə etdilər”, – ABŞ Prezidenti sabiq hökumət rəsmilərinə, o cümlədən Bayden …

Read More »

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanunu təsdiq edib. Bununla da, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanan “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulub.

Read More »

Bazar günü 30 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında martın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın …

Read More »