Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolmada və digər kibercinayətlərdə təqsirləndirilən “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Boyukmillet.com xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. İttiham aktına əsasən , “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə fiziki və hüquqi …
Read More »Yearly Archives: 2025
ABŞ İsrailə dəstək verir, İran narahatdır
Rəsmi Tehran iddia edir ki, Bakı, Qüds və Vaşinqton arasında əməkdaşlığın genişləndirilməsi məsələsində İrana təhdiddir İsrailin baş naziri Benyamin Netanyahu bazar günü ABŞ Prezidenti Donald Trampa İsrailin İranın nüfuzuna, o cümlədən nüvə ambisiyalarına və Fələstinin HƏMAS silahlı qrupuna qarşı səylərinə kömək etmək üçün ABŞ-nin əvvəlki administrasiyası tərəfindən saxlanılan sursatları göndərməyə icazə verdiyinə görə təşəkkür edib. Netanyahu video bəyanatında “Donald Tramp İsrailin indiyə …
Read More »Ruben Vardanyanın votsapda və teleqramda apardığı gizli danışıqlar məhkəmə zalında nümayiş etdirilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 4-də davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq …
Read More »Pakistan Azərbaycanla 2 milyard dollarlıq investisiya sazişlərinin hazırlanması üçün komitə yaradıb
Pakistanın Baş naziri Şahbaz Şərif Ticarət Nazirliyinə Azərbaycanla ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılması üçün hərtərəfli plan hazırlamağı tapşırıb. Boyukmillet.com Pakistan KİV-lərinə istinadən xəbər verir ki, bu qərar Ş.Şərifin Azərbaycana son səfərinin nəticələrinə həsr olunmuş martın 4-də keçirilən hökumət iclasında qəbul edilib. “Baş nazir Bakıda imzalanmış anlaşma memorandumları və sazişlərin dərhal həyata keçiriləcəyini bildirib. Azərbaycan Prezidentinin Pakistana 2 milyard dollar …
Read More »Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib – SƏRƏNCAM
Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Read More »Ötən gün 42 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb
Ötən gün 42,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 3-də ümumi çəkisi 42,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Read More »KİV: ABŞ Tramp-Zelenski görüşündən sonra Ukraynaya silah tədarükünü dayandırıb
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya yeni silah tədarükünü maliyyələşdirməyi dayandırıb və Amerika ehtiyatlarından silah göndərilməsinin dondurulmasını nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin hazırkı və keçmiş rəsmilərinə istinadən “The Wall Street Journal” məlumat yayıb. Maliyyələşdirmənin dayandırılması qərarı Tramp administrasiyası tərəfindən xarici yardımın ümumi dondurulması fonunda verilib. Lakin əsas silah təchizatı kanalının bağlanması ABŞ Prezidenti ilə Ukrayna Prezidenti …
Read More »Türkiyənin milli müdafiə naziri terrorçulara xəbərdarlıq edib
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər PKK terrorçularına xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə şəhid ailələri və qazilərlə iftar proqramında çıxışı zamanı deyib. O xatırladıb ki, fevralın 27-də yayılan bəyanatla terror təşkilatları silahı buraxmaq və özlərini ləğv etməklə bağlı təlimat alıb: “Həmin müraciəti diqqətlə araşdırırıq. Mətndə olmayan bəzi məqamlar, o cümlədən atəşkəslə bağlı iddialar gündəmə gətirilir, ictimai …
Read More »Bakıda şəhidin ata-anası evdə dəm qazından zəhərlənərək ölüblər
Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni – atası Məcnun Ağayev və anası Gülnaz Ağayeva Bakıda yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər. Boyukmillet.com – un xəbərinə görə, bu barədə Vətən müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb. O, bildirib ki, hadisə dünən axşam Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Qeyd edək ki, V.Ağayev 1996-cı ilin sentyabrın …
Read More »Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istəyir
ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatmasını istəyir və münaqişənin uzun illər uzadılmasında maraqlı deyil. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Rusiya-Ukrayna münaqişəsindən danışarkən deyib: “Mən istəyirəm ki, bütün bunlar tez başa çatsın. Bunun daha illərlə davam etməsini istəmirəm”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar