Cümə axşamı , 2 Aprel 2026

Yearly Archives: 2025

Bakıda yağış yağacaq, güclü külək əsəcək

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 767 mm civə …

Read More »

İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib

İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib. DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin olunub. İstintaqın obyektiv aparılması üçün qanunamüvafiq tədbirlər görülür.

Read More »

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər. “Report”in ABŞ bürosu xəbər verir ki, 20 Yanvar faciəsindən bəhs edən S.Kohen Azərbaycan tarixində ən faciəvi …

Read More »

Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, o, bu barədə Mersin vilayətindəki çıxışında deyib. “Terrorçular çağırışlarımıza əməl etməsələr, uğurlu əməliyyatlarımız nəticəsində məsələni özümüz həll edərik. Artıq regionun gələcəyini bölgənin qədim xalqları müəyyənləşdirəcək”, – o bildirib. Dövlət başçısı söyləyib ki, regiondakı yüzillik oyun pozulub: “Bölgəmizdə qardaşlıq, sabitlik təmin olunur”. Prezidentin sözlərinə …

Read More »

DİN İmişlidəki qəzanın görüntülərini yayıb

Daxili İşlər Nazirliyi (DİN) İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb. Boyukmillet.com  xəbər verir ki, görüntüdə hərəkətdə olan xidməti avtomobilin qarşısına “Mercedes” markalı avtomobil çıxaraq qəza şəraiti yaratdığı əks olunub. Qeyd edək ki, hadisə bu gün baş verib. Belə ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. …

Read More »

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb

“Vətəndaşın PZR üsulu ilə müayinəsi onun meymunçiçəyi virusuna yoluxmasını təsdiqləyib” Azərbaycanda meymunçiçəyi (mpox) virusuna ilk yoluxma faktının aşkarlandığı bildirilir. Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb. Məlumatda deyilir ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2025-ci il yanvarın 2-dən 11-dək xarici ölkəyə səfər edib. Azərbaycana qayıtdıqdan bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə …

Read More »

Dövlət Yol Polisinin avtomobili azyaşlıları vurub (Yenilənib)

Hadisə ilə əlaqədar etiraz edərək küçələrə çıxanlar polis tərəfindən saxlanılıblar İmişli Rayon Prokurorluğunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işinin başlanıldığı bildirilir. Baş Prokurorluğun məlumatında bildirilir ki, Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnmiş yol-nəqliyyat qəzası ilə əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi …

Read More »

Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı DƏLƏDUZLUQ: Cinayət işi açıldı

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvü, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb. “Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”, – deyə qurumdan …

Read More »

Bakıda Qarabağ separatçılarının məhkəməsi başladı

Arayik Harutyunyan Gəncəyə raket atmaq əmrini vermədini deyib Qarabağda müxtəlif dövrlərdə separatçıların “prezidenti” olmuş Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” Davit İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan da daxil olmaqla, Azərbaycanda həbsdə olan 15 nəfərin məhkəməsi başlayıb. Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev, hakimlər Camal Ramazanov və Anar Rzayevdən (ehtiyat hakim …

Read More »

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan Rusiyaya nota verib. Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb isə Rusiyada yayımlanan “Vesti nedeli” proqramı olub. Ermənistan tərəfinin iddiasına görə, proqram zamanı respublikanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn fikirlər səsləndirilib. Proqramda yayımlanan süjetdə Zəngəzur dəhlizi terminindən istifadə edilməsinə …

Read More »