Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aqil Göycə oğlu Aslanov və Azərbaycan vətəndaşı Ceyhun Şahin oğlu İsmayılov saxlanılıblar. “Report”un məlumatına görə, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının …
Read More »Yearly Archives: 2025
Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edildi
İctimai fəalın evi müsadirə olunub İki ildən çoxdur ki, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib. Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədov, Azad Məcidov və Səbinə Məmmədzadədən ibarət hakimlər kollegiyası onun haqqında hökm çıxarıb. Bəxtiyar Hacıyev xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma və s. ittihamlarla …
Read More »Ukrayna Şimali Koreya hərbçilərini əsir götürüb
Zelenski deyib ki, Ukrayna Kim Çen İnin əsgərlərini Rusiyada əsir olan ukraynalı döyüşçülərlə dəyişdirməyə hazırdır Ukrayna Rusiyanın Kursk vilayətində Şimali Koreya hərbçilərini əsir götürüb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında yazıb. “Bundan sonra Şimali Koreyadan əsir düşən daha çox əsgər olacaq. Qoşunlarımızın digərlərini də tutması an məsələsidir. Dünyada Rusiya ordusunun Şimali Koreyanın hərbi yardımından asılı olduğuna heç bir şübhə …
Read More »İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib, 6 nəfər həbs edilib
Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib, 6 nəfər həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, aparılan istintaq çərçivəsində İŞİD-ə ötürmək üçün pul topladığı müəyyən edilən şübhəli şəxslər tutulublar. “İstanbulda yaşayan 8 şübhəli şəxsin topladıqları pulları terror təşkilatına ötürülməsi üçün Adanadakı Ramazan Ç. adlı şübhəliyə çatdırdıqları müəyyən edilib. Təhlükəsizlik qüvvələri əməliyyat zamanı …
Read More »Rusiyada hərbi hospitalın binasında yanğın baş verib, 57 nəfər təxliyə edilib
Rusiyanın Tula vilayətində hərbi hospitalın yerləşdiyi binada yanğın baş verib, 57 nəfər təxliyə edilib. Xəsarət alan olmayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Tula vilayəti hökumətinin mətbuat xidməti məlumat yayıb. “Yanvarın 13-də Tulanın Sovetskaya küçəsində yerləşən hərbi hospitalın binasında yanğın baş verib. Hadisə yerində Tula vilayəti Fövqəladə Hallar Nazirliyinin briqadaları işləyir. 57 nəfər təxliyə edilib. Ölən və ya …
Read More »Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb
2025-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, planda cari il ərzində nəzərdə tutulan birgə tədbirlər, icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib. 2025-ci il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, …
Read More »Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb
İran əsilli Almaniya vətəndaşı Nahid Təqəvi İslam Respublikasında həbsdən azad olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Nahid Təqəvinin qızı Məryəm Klaren instaqram səhifəsində paylaşıb. Məryəm Klaren yazıb: “Anam, nəhayət evə gəldi”. Məlumata görə, Almaniya vətəndaşı olan 69 yaşlı Nahid Təqəvi 2019-cu ilin oktyabrında Tehrandakı evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Ümumilikdə min saatlıq istintaq zamanı ona 80 sual …
Read More »Cihangir İşbilir: Yeni bir Türk dünyası dövrü başlayır
Cihangir İşbilir: Yeni bir Türk dünyası dövrü başlayırDaima qardaşlıq münasibətlərini möhkəmləndirən Azərbaycanla Türkiyə hər sahədə olduğu kimi, beynəlxalq və diplomatik müstəvidə də sıx əməkdaşlıq edirlər. İki ölkə arasındakı qardaşlıq münasibətləri mövcud əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir sözügedən münasibətlər və onların inkişafı ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb:“Türkiyə-Azərbaycan arasındakı bağlar …
Read More »Sabirabad sakinindən altı kiloqram narkotik və odlu silah götürülüb
Sabirabad sakinindən altı kiloqram narkotik vasitə və odlu silah götürülüb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Vüqar Müxtarov saxlanılıb. Belə ki, adıçəkilən şəxsdən altı kiloqram narkotik vasitə marixuana, 1 …
Read More »Mehriban Abasquliyeva ifadə verməkdən imtina edib – Perinatal Mərkəzdə baş verən yanğınla bağlı məhkəmə
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib. “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Mehriban Abasquliyevaya sərbəst ifadə verməyi təklif edib. Təqsirləndirilənin vəkilləri isə müvəkkillərinin hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildiriblər. Dövlət ittihamçısı Mehriban Abasquliyevanın ifadə vermək istəmədiyini ifadə verməmək kimi qiymətləndirilib. Onun ibtidai istintaqda verdiyi ifadəsini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar