Cümə , 3 Aprel 2026

Yearly Archives: 2025

Mədəniyyət Nazirliyindən Azərbaycan bayrağına hörmətsizlik – Birini ixtisar etdilər – FOTO

Mədəniyyət Nazirliyi Bayraq Günündə Azərbaycan bayrağına qarşı hörmətsizlik edib. “Yeni Sabah” xəbər verir ki, qurum sosial şəbəkə hesabında əlamətdar günlə bağlı post paylaşıb.  Nazirliyin Bayraq Gününə həsr olunan paylaşımında Azərbaycan bayrağı əksini tapıb. Amma təhrif olunmuş formada. Mədəniyyət Nazirliyi bayraqdakı 8 guşəli ulduzun birini ixtisas edib. Paylaşımda 7 ulduz əks olunub. Qeyd edək ki, 9 Noyabr Azərbaycanda Bayraq Günüdür. 

Read More »

Xəzər sahilində helikopter qəzası: ölənlər rəhbər şəxslər olub

Avropa Birliyinin sanksiyalarına məruz qalan Dağıstandakı Qızılyar Elektromexaniki Zavodunun rəhbərlərinin olduğu helikopter Xəzər dənizi sahilində yerləşən kəndlərdən birində qəzaya uğrayıb. Nəticədə beş nəfər ölüb. “Telеqraf” nəşri yazır ki, hadisə yerindən yayılan kadrlarda Ka-226 tipli helikopterin çimərlikdə eniş etməyə çalışdığı, quyruq hissəsi ilə yerə toxunduğu və nəticədə quyruq vintinin qopduğu görünür. Pilot helikopteri yenidən havaya qaldırmağa cəhd edir, lakin idarəetməni itirir …

Read More »

Rusiya raketləri artıq Ukraynanın atom obyektlərinə yönəlib

 8 noyabr gecəsi həyata keçirilən genişmiqyaslı hücum zamanı Rusiya Xmelnitski və Rovno Atom Elektrik Stansiyalarını enerji ilə təmin edən yüksək gərginlikli yarımstansiyalara zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Nəşr yazır ki, nəticədə hər iki AES istehsal gücünü azaldıb. Ukrayna bunu “Avropanın nüvə təhlükəsizliyini hədəfə almaq” kimi qiymətləndirir. Rusiya tərəfi isə hədəf kimi “kritik enerji infrastrukturu …

Read More »

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? – RƏSMİ AÇIQLAMA

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib. Maraqldır ki, qoyun əti əsasən qeyri-müsəlman ölkələrdən igətirilir. Bu da müəyyən narahatlıq yaradır. Çünki islam qaydalarına uyğun formada kəsilmiş heyvanların müsəlmanlara təklif edilməsi həm mənəvi, həm də İslami baxımdan doğru deyil. Bəs bu məsələni necə tənzimləmək olar? Boyukmillet.com bizim.media-ya istinadla …

Read More »

Zəfər Bayramı-Qarabağ münaqişəsinin birdəfəlik həlli Azərbaycan dövlətinə nə verdi:

8 Noyabr — Zəfər Günü. Bu tarix artıq Azərbaycan dövlətinin və xalqının müasir tarixində dönüş nöqtəsinə çevrilib. Qarabağda 30 il davam edən ədalətsizlik, torpaq itkisi və işğal ağrısı 2020-ci ilin payızında, 44 günlük Vətən müharibəsinin nəticəsində sona çatdı. Azərbaycan Ordusunun parlaq qələbəsi təkcə hərbi-siyasi reallığı dəyişmədi, həm də dövlətin milli, iqtisadi və mənəvi sütunlarını möhkəmləndirdi. Bu Azərbaycan xalqının milli qeyrət …

Read More »

Avropa Məhkəməsi fəalın həbsinə görə Azərbaycan hökumətini cərimə edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ictimai fəal Əmrah Təhməzovun 2023-cü ildə inzibati qaydada həbs olunması ilə bağlı iş üzrə qərar qəbul edib. Bu barədə fəal özünün “Facebook” səhifəsində yazıb. “AİHM 30 sutkalıq həbsimlə bağlı qərar çıxarıb. Mənim küçədən oğurlanıb, 30 sutka həbsimə görə Azərbaycan dövlətini, mənə 1125 avro təzminat ödəmək haqda qərar verib”. Fəal bildirib ki, qərar bu ilin fevralında verilsə …

Read More »

Tarixdə Bir İz – Qürurumuzun Adı:8 Noyabr

Bəli, bu tarix – 8 Noyabr – Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunub. Bu gün təkcə Şuşanın azad olunduğu gün deyil, həm də bir millətin ləyaqətinin, birliyinin və mərdliyinin bütün dünyaya nümayiş olunduğu gündür. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının necə möhkəm iradəyə, sarsılmaz qürura və Vətən sevgisinə sahib olduğunu parlaq şəkildə sübut etdi. Hər bir əsgər, hər bir …

Read More »

Prezidentdən Şahin Məmmədovla bağlı SƏRƏNCAM

Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədova ali hərbi rütbə verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədov “kontr-admiral” ali hərbi rütbəsinə layiq görülüb. Şahin Məmmədova 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2016-cı il martın 29-na qədər bu vəzifəni icra …

Read More »

Kamaləddin Heydərovun Ramiz Mehdiyevə Xızıda villa bağışlaması iddiası da ortaya çıxdı – Qəbələdən daha bir xəbər gəldi

Günlərdir ki, sosial şəbəkələrdə fövqəladə hallar naziri Kamaləddin Heydərovun patronajlığı altında olan Qəbələ rayonunda Ramiz Mehdiyevə villa bağışlaması ilə bağlı xəbər müzakirə mövzusudur. Kamallədin Heydərov Gununsesi.info-ya Qəbələdə Mehdiyevə əmlak və başqa bir hədiyyə etmədiyini deyib. Sitat: “Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə …

Read More »

“Epi” və “Koti” də qumar oyunlarını reklam edirmiş – Kiberpolis əməliyyat keçirdi -17 tiktoker saxlanıldı

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsinin əməkdaşları ilə birgə ölkə ərazisində qadağan olunan onlayn qumar oyunlarının “Instagram”, “TikTok” və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda reklam olunmasına qarşı əməliyyat-texniki tədbirlər keçirib.   Daxili İşlər Nazirliyindən (DİN) Musavat.com-a verilən məlumata görə, araşdırmalar zamanı influenserlər, yəni sosial …

Read More »