Bazar , 5 Aprel 2026

Yearly Archives: 2025

Bu ilin 10 ayında 50 aptekdə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb

Cari ilin 10 ayı ərzində 50 aptekə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib. Bildirilib ki, bunlardan 8-i Bakıda, 42-i isə digər bölgələrdə fəaliyyət göstərən apteklər olub. Dərman vasitələrinin reseptsiz satışına görə protokollar tərtib edilib.

Read More »

Ağdamda bina tikintisi üçün deputatın oğluna 15.8 milyon manat veriləcək

Dövlət satınalmalarının vahid internet portalındakı məlumata görə,  Ağdamda yeni yaşayış massivinin inşa edilməsi üçün 2 ədəd tender keçirilib. Hər iki tenderin qalibi də “Diler İnşaat” QSC olub. Qalib şirkət bu iliin avqust-noyabr aylarında Ağdamda yaşayış massivinin salınması üçün keçirilən birinci müsabiqədə 7.818.565,07 AZN, ikinci müsabiqədə isə 8.050.336,09 AZN vəsait alacaq. “Diler İnşaat” QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Hazırda nizamnamə kapitalı 2010  …

Read More »

Zəfər Günü ərəfəsində müxalifətdən hakimiyyətə birgə çağırış

Azərbaycanda bir sıra müxalif siyasi partiyalar, ictimai təşkilatlar və hüquq müdafiəçiləri bir araya gələrək 8 Noyabr – Zəfər Günü ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin azad olunmasına çağırış ediblər. Toplantı oktyabrın 4-də Müsavat Partiyasının qərargahında, siyasi məhbusların ailə üzvləri, vəkillər, hüquq müdafiəçiləri, jurnalistlər və müxtəlif siyasi təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilib. Görüşdə həmçinin Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi və bir …

Read More »

Sabah qısa iş günü olacaq

Sabah iş günü qısaldılacaq. 8 noyabr tarixində Azərbaycanda Zəfər Günü qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, bayramdan əvvəlki iş günü bir saat az olur. Buna görə də 7 noyabr cümə günü iş saatları adi günlərlə müqayisədə bir saat az olacaq./Referans.az

Read More »

Uşaqların 95%-i peyvəndlərlə əhatə olunacaq – Nazir AÇIQLADI

Azərbaycanda gələn ilin sonuna uşaqların 95 %-nin peyvəndlərlə əhatə olunması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı çıxışında deyib. Nazirin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, hər bir ölkədə uşaqların 90 faizi peyvəndlə əhatə olunmalıdır: “Bu göstəricilərə nail olunması uşaqlar arasında ölüm hallarının qarşısının alınmasına xidmət edir. Ona …

Read More »

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Boyukmillet.com xatırladır ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub. Bundan sonra ölkənin mətbuat tarixində yeni mərhələ başlayıb. Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il …

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2025)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,1 % artaraq 1,9561 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,4 % azalaraq 2,0897 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1,70001 Avro1,9561100 Rusiya rublu2,08971 Avstraliya dolları1,10731 Belarus rublu0,56991 Bolqarıstan levi1,00011 BƏƏ dirhəmi0,4629100 Cənubi Koreya vonu0,11751 Çexiya kronu0,08021 Çin yuanı0,23861 …

Read More »

Ombudsman Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva (Ombudsman) Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com-un məlumatına görə, sənəddə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin işğal siyasətini davam etdirmək məqsədilə azərbaycanlı mülki əhalinin sıx yaşadığı yaşayış məntəqələrini intensiv şəkildə və ağır silahlardan istifadə etməklə atəşə tutaraq müharibə cinayətləri törətdiyi qeyd olunub: “Nəticədə çoxsaylı dinc insanlar həlak olmuş, yaralanmış, …

Read More »

Yanvaradək Rusiyanın 132 vaqon buğdası Azərbaycan ərazisindən Ermənistana çatdırılacaq

2026-cı ilin yanvar ayının sonuna qədər Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə Ermənistana Rusiyanın 132 vaqon buğdası çatdırılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi teleqram kanalında məlumat yayıb. İlk yük – 1 000 tondan çox taxıl – Ulyanovsk vilayətindəki Dimitrovqrad stansiyasından göndərilib. Daşınma “Rusiya Dəmir Yolları” tərəfindən təşkil edilib. 15 vaqondan ibarət taxıldan ibarət qatar Azərbaycan …

Read More »

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Boyukmillet.com xəbər verir ki, Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb. Bildirilib ki, Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq. Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi …

Read More »