Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Sudan öz ərazilərinin bərpasında Azərbaycanın təcrübəsindən istifadə edəcək

Sudan hökuməti ölkənin hazırda müharibə gedən ərazilərinin bərpası üçün gələcəkdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi təcrübədən istifadə edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Sudanın Azərbaycandakı səfiri Ənəs Eltayeb Elqaylani Mustafa “Sudanda baş verən son hadisələr (Əl-Faşir soyqırımı)” haqqında keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Sudanda müharibə başa çatdıqdan sonra Əl-Faşir və digər dağılan şəhərlərin bərpası mümkün olacaq: “Ötən il Qarabağda …

Read More »

Moskva və Bakı elektron nəqliyyat qaimələri üzrə pilot layihənin işə salınmasını müzakirə edir

Azərbaycan və Rusiya elektron nəqliyyat qaimələrinin tətbiqi üzrə eksperimentin keçirilməsini araşdırır. Boyukmillet.com-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu “Beynəlxalq Nəqliyyat Dəhlizləri Direktorluğu” SC-nin beynəlxalq layihələr və rəqəmsallaşdırma departamentinin rəhbərinin müavini Natalya Zadonskaya bildirib. “Biz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün ölkələri ilə işləyirik. Xüsusilə, Azərbaycanla “e-CMR”nin (elektron beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi) tətbiqi üzrə pilot layihə hazırlanır. Eyni zamanda, Azərbaycan bizi …

Read More »

Ermənistan XİN başçısının həyat yoldaşı Azərbaycanla əlaqədar komissiyanın tərkibinə daxil edilib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qoar Abacyan Azərbaycanla kommunikasiyaların bərpası üzrə komissiyanın tərkibinə daxil edilib. Boyukmillet.com-un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. Məlumata görə, hökumət başçısı Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə komissiyanın yaradılması haqqında qərara dəyişikliklər edərək yenilənmiş tərkibi təsdiqləyib. Baş nazirin müavini Mqer …

Read More »

Milli Məclis qanuna dəyişiklik etdi: Vəkillər Kollegiyasının sədri üçün müddət məhdudiyyəti ləğv olunur

Azərbaycan Milli Məclisinin oktyabrın 31-də keçirilən iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər qəbul edilib. Yeni düzəlişlərə əsasən, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Qanun layihəsi üçüncü oxunuşda səsvermə yolu ilə qəbul edilib. Qanundakı əsas dəyişikliklər Dəyişikliklər vəkillərin fəaliyyətinə və vəkilliyə qəbul qaydalarına bir sıra yeniliklər gətirir.Belə ki: Vəkillik üçün tələb olunan hüquqşünas ixtisası …

Read More »

ABŞ Senatına 30 oktyabrın Beynəlxalq Siyasi Məhbuslar Günü kimi tanınması təklif edilib

ABŞ senatorları Rocer Uiker (Roger Wicker), Şeldon Uaythaus (Sheldon Whitehouse) və Cin Şehin (Jeanne Shaheen) 30 oktyabr tarixinin Beynəlxalq Siyasi Məhbuslar Günü kimi tanınmasını nəzərdə tutan və siyasi və ya dini inanclarına görə ədalətsiz şəkildə həbs olunanlarla həmrəylik ifadə edən qətnamə təqdim ediblər. 472 saylı qətnamə ABŞ Senatının Xarici əlaqələr komitəsinə təqdim olunub. Qətnamədə siyasi repressiyanın bütün formaları pislənir, həmçinin jurnalistlər, fəallar …

Read More »

İslam Rzayevin müavinləri də saxlanılıb? – RƏSMİ AÇIQLAMA

Ötən gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. Mətbuatda onunla yanaşı bir neçə şəxsin də saxlanıldığı bildirilir. Saxlanılan şəxslər arasında icra başçısının müavinləri, rayonun baş memarının da olduğu qeyd olunub. Modern.az hadisə ilə əlaqədar Balakən Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının köməkçisi Aydın Xoçbərov suallarımızı cavablanıdırıb. O qeyd …

Read More »

Mərdəkan qalası restavrasiya olunacaq – FOTO

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Mərdəkan qalasının restavrasiyasına başlayır. Boyukmillet.com bildirir ki, bu barədə agentliyin sosial media hesabında məlumat verilib. “Paytaxt Bakının Mərdəkan qəsəbəsində yerləşən bu tarixi abidə 13-cü əsrdən bu günə miras qalan Şirvanşahlar memarlığının ən mühüm nümunələrindən biri kimi yenilənəcək”, – deyə məlumatda qeyd olunub. Qeyd edək ki, TİKA rəhbəri Abdullah Eren bir neçə günlük Azərbaycana səfərə …

Read More »

Prezident fərman imzaladı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnaməsinə dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Agentliyin nizamnamə fondunun məbləği 6 milyon 783 min 392 manatdan 26 milyon 783 min 392 manata qaldırılıb.

Read More »

Türkiyədə erməni yüksək vəzifəyə gətirildi

Türkiyə Respublikasının tarixində ilk yaşanıb. İlk dəfə erməni əsilli şəxs yüksək vəzifəyə təyin edilib. Ərazi idarəçisi vəzifəsi 30 yaşlı İstanbul ermənisi Berk Acara həvalə olunub. Qeyd edək ki, Berk Acar Türkiyədəki erməni icmasının hüquqşünası kimi də fəaliyyət göstərir. O, Bilgi Universitetinin məzunudur./Milli.az/

Read More »

Saxlanılan icra başçısı və digər rəsmi şəxslərin GÖRÜNTÜLƏRİ – VİDEO

Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxs saxlanılıb. 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı 29 oktyabr tarixində rayonda sonuncu dəfə rəsmi tədbirə qatılıb. Tədbirdə icra başçısı İslam Rzayev və İcra Hakimiyyətinin bir çox vəzifəli şəxsləri, digər qonaqlar iştirak ediblər. Xatırladaq …

Read More »