Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Gürcüstan Azərbaycandan 66 mln. dollarlıq neft və neft məhsulları idxal edib

Cari ilin yanvar-sentyabr aylarında Gürcüstan ümumilikdə 972 milyon ABŞ dolları dəyərində, 1,3 milyon ton neft məhsulu idxal edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb, lakin həcmi 10 faiz artıb. Artımın əsas səbəbi qlobal bazarda yanacaq qiymətlərinin ilin birinci …

Read More »

Tramp Venesuelaya bombardmançı təyyarələrin göndərilməsi xəbərini təkzib edib

Prezident Donald Tramp ABŞ-nin “B-1 Lancer” bombardmançı təyyarələrinin Venesuela hava məkanı yaxınlığında uçması ilə bağlı xəbərləri təkzib edib. Boyukmillet.com-un məlumatına görə, o, bu barədə Ağ Evdə keçirilən brifinqində bildirib. Trampdan “The Wall Street Journal” qəzetinin Prezident Nikolas Maduro hökumətinə təzyiqi artırmaq üçün Venesuela yaxınlığında uçan bombardmançı təyyarələr haqqında xəbərinin doğru olub-olmadığını aydınlaşdırmaq istənilib. “Xeyr, bu doğru deyil”, – ABŞ lideri …

Read More »

Azərbaycan BMT-də beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı həmrəyliyə çağırıb

Minalar, müharibə qalıqları və partlayıcı qurğular bir çox münaqişə və post-münaqişə vəziyyətində olan ölkələrdə mülki əhaliyə, hərbçilərə, sülhməramlılara, humanitar işçilərə hələ də ölümcül təhlükə yaradır. Azərbaycan belə ölkələrdəndir, onun ərazisinin 13 %-dən çoxu bu təhlükələrlə əhatə olunub və zərərçəkənlərin sayı artır. “Report”un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Assambleyasının 80-ci …

Read More »

İpoteka almaq istəyənlərə ŞAD XƏBƏR: 100 milyon manat ayırıldı

2026-cı ildə Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat, sahibkarların banklardan manatla aldığı (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün isə 15 milyon manat vəsait nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Beləliklə, Fond …

Read More »

DƏHŞƏT: Bir yaşlı körpəsinə kazino reklamı üçün döymə etdirdi – VİDEO

Rusiyada sosial şəbəkələrdə yayılan dəhşətli video izləyicilərin hiddətinə səbəb olub. Videoda bir ailənin bir yaşlı körpəsinin bədəninə kazino reklamı üçün döymə etdirməsi əks olunub. Boyukmillet.com xəbər verir ki, valideynlər bu hərəkətlərini belə əsaslandırıblar: “Qalibə mənzil verilirdi, kirayələrdə sürünməkdən canımız qurtarsın deyə iştirak etdik”. Kadrda körpənin ağladığı və əzab çəkdiyi aydın görünür. İzləyicilər isə hadisənin İstintaq Komitəsinə təqdim olunmasını tələb ediblər. …

Read More »

Tramp İsraili HƏDƏLƏDİ – “Ərəb ölkələrinə söz vermişəm…”

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İsrailin İordan çayının qərb sahilini mümkün işğalına yol verməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Time” jurnalına müsahibəsində deyib. Tramp belə bir addımın baş verəcəyi təqdirdə ABŞ-ın yəhudi dövlətinə yardımını tamamilə dayandıracağını vurğulayıb. “Buna imkan verilməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. Onlardan böyük dəstək aldıq və İsrail indi işğala gedə bilməz. Əgər …

Read More »

“AZAL-ın təyyarəsi İrəvana enəndə bizə təəccüblə baxdılar” – Ermənistana gedən azərbaycanlılar DANIŞDILAR

Xəbər verdiyimiz kimi, Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir.Məlumata görə, Azərbaycanın bort nömrəsi 4K-ASG olan “Azerbaijan Airlines” aviaşirkətinə məxsus “Gulfstream G650” tipli təyyarə oktyabrın 21-də Bakıdan İrəvana uçub. Uçuş Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 15:00-da həyata keçirilib və təyyarə yerli vaxtla …

Read More »

Bakı metrosundakı ölümün səbəbi məlum oldu

Dünən metroda vəfat edən şəxsin kimliyi və ölüm səbəbi bəlli olub. Saat 18:30 radələrində “Nərimanov” stansiyasında Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Aydın Rəhman oğlu Quliyev ürək çatışmazlığından vəfat edib. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Read More »

NATO-dan ilk – Rusiya hərbi gəmisinin qarşısı kəsilib

NATO-nun əmri ilə hərəkət edən Britaniya hərbi dəniz qüvvələri şimal dənizi sahillərində Rusiya hərbi gəmisinin qarşısını kəsib. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat Fransa və Hollandiyanın iştirakı ilə həyata keçirilib. Sky News-un məlumatına görə, Britaniyanın “HMS Duncan” esminesi və “Wildcat” helikopteri Rusiyanın sualtı qayıqlara qarşı müdafiə gəmisi “Vitse-admiral Kulakov”un qarşısını kəsib. Gəmi Britaniyanın müşahidə zonasına daxil olub və …

Read More »

ABŞ narkotik daşıyan daha bir qayığa zərbə endirib – Heqset

Pentaqon rəhbəri Pit Heqset ABŞ qüvvələrinin Sakit Okeanda beynəlxalq sularda narkotik ticarəti üçün istifadə olunan qayığın məhv edildiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, nazir bunu X hesabında edib. Onun sözlərinə görə, oktyabrın 22-də ABŞ hərbçiləri ABŞ prezidenti Donald Trampın göstərişi ilə Sakit Okeanın şərqində kiçik gəmiyə zərbələr endiriblər. Heqset bildirib ki, qayıqda ABŞ-ın terror təşkilatı hesab etdiyi təşkilata aid narkotiklər …

Read More »