Çin ABŞ bayrağı altında üzən gəmilər üçün xüsusi liman rüsumu tətbiq edir. Boyukmillet.com yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Nəqliyyat Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Çin ticarət üzrə “qara siyahı”ya ölkə şirkətlərinin daxil edilməsinə görə ABŞ-yə etiraz bildirib. ABŞ bu sanksiyaları oktyabr ayının əvvəlində Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan 29 təşkilata qarşı tətbiq edib.
Read More »Yearly Archives: 2025
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir
Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Read More »Şahin Şıxlinski ilə bağlı qərar verildi – FOTO
Rusiyanın Sverdlovsk vilayət məhkəməsində Azərbaycan diasporunun rəhbəri Şahin Mutvalı oğlu Şıxlinskinin apellyasiya şikayətinə baxılıb. Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, Şıxlinskinin vəkili birinci instansiya məhkəməsinin hökmündən yuxarı instansiya məhkəməsinə şikayət verərək, müvəkkilinin barəsində həbs qətimkan tədbirinin daha yüngülləşdirilməsini istəyib. Sverdlovsk vilayət məhkəməsi iş materiallarına qapalı iclasda baxaraq apellyasiya şikayətini təmin etmək üçün heç bir əsas tapmayıb. Ş. Şıxlinski 2025-ci il dekabrın 30-dək həbsdə qalacaq. Qeyd …
Read More »İsraildə saxlanılan azərbaycanlılar azad edilib – FOTO
İsrailin saxladığı “Global Sumud” humanitar flotiliyasının azərbaycanlı üzvləri — Pərvin Əzimov və Orxan Səmədzadə azad edilərək Türkiyəyə qaytarılıblar. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir: “İsraildəki səfirliyimizin gördüyü tədbirlər nəticəsində Pərvin Əzimov və Orxan Səmədzadə azad olunması və öz arzuları ilə Türkiyəyə qaytarılması təmin edilib”. Məlumata görə, hər iki şəxs “Global Sumud” adlı humanitar missiya çərçivəsində …
Read More »Azərbaycanda deputat mandatından İSTEFA VERİR
Milli Məclisin deputatı Ramil Həsən vəzifəsindən istefa verir. Bu barədə o, parlamentin bugünkü iclasında bildirib. Qeyd edək ki, Ramil Həsən iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib. O, yeni vəzifəyə seçilməsi ilə əlaqədar vəzifəsini tərk edəcəyini bildirib.
Read More »Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 33 yaşlı Vüsal Quliyev məsuliyyətə cəlb edilib. Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs bir vətəndaşı xarici ölkə ərazisinə qanunsuz yolla keçirəcəyini vəd etməklə, ona qarşı dələduzluq törədib və 1 800 ABŞ dolları məbləğində …
Read More »Qalmaqallı direktor vəzifəsindən azad edildi
Səs yazısı yayılan Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru işdən azad edilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən (MÜTDA) verilən məlumata görə, bununla bağlı Agentliyin direktoru Eşqi Bağırov Əmr imzalayıb. Əmrə əsasən, direktor Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan səs yazısında 201 nömrəli tam orta məktəbin direktoru …
Read More »Əminə Yusifqızı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək
Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, vida mərasii saat 12:00-da Təzə Pir məscidində təşkil ediləcək. Xatırladaq ki, tanınmış incəsənət xadimi Əminə Yusifqızı ötən gün vəfat edib.
Read More »Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub – RƏSMİ
Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur. Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı – Pərvin Əzimov və Orxan Səmədzadə gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar. “İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad …
Read More »Dubaydan Bakıya brilyant qaşların qanunsuz gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində brilyant qaşların qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn iki vətəndaşın əl yüklərinə baxış keçirilib. Yoxlama zamanı sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi ölçüsü 120,49 karat olan brilyant qaşlar, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar