Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com bu barədə Komitəyə istinadən xəbər verir. Məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd “Pamp” markalı, ümumi …
Read More »Yearly Archives: 2025
İtaliyanın Baş naziri Beynəlxalq Cinayət Məhkəməsinə verilib
İtaliyanın Baş naziri – Nazirlər Şurasının sədri Ciorcia Meloni Qəzzadakı insan ölümlərinə görə Beynəlxalq Cinayət Məhkəməsinə verilib. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. “Məni, müdafiə nazirini (Quido Krosetto – red), xarici işlər naziri Antonio Tayanini və “Leonardo” şirkətinin baş direktoru Roberto Çinqolani soyqırımda iştiraka görə Beynəlxalq Cinayət Məhkəməsində məhkəməyə veriblər. İnanıram ki, dünyada və ya tarixdə başqa belə bir …
Read More »Qızılın qiyməti tarixi maksimumu yeniləyib
Nyu York Ticarət Birjasının bölməsi olan “Comex”də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 019 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb. Bu barədə Boyukmillet.com ticarət platformasının məlumatlarına istinadən xəbər verir. Bakı vaxtı ilə saat 3:01-də qiymətli metalın qiyməti 1 unsiya üçün 4 015 dollara (0,49 % artıb) çatıb. Bakı vaxtı ilə saat 4:05-ə olan …
Read More »Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxsin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəməyə təqdim edilən vəsatətə baxılıb. Xəqani Ömərovun vəkili müvəkkili barəsindəki cinayət təqibinə xitam verilməsi üçün vəsatət verib. Vəkil vəsatəti əsaslandırarkən deyib ki, Xəqani Ömərovun …
Read More »Türkiyədə bir qrup tanınmış müğənni saxlanılıb
Türkiyədə bir qrup tanınmış müğənni narkotik maddələrin təşviqi səbəbindən saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb. Bildirilib ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İrem Derici, Simge Sağın, eləcə də Engin Polat və Dilan Polat cütlüyü saxlanılıb. Onların saxlanılma səbəbinin narkotik vasitələrin istifadəsinə təşviq etmək olduğu vurğulanıb. Məlumatlarda ümumilikdə 19 nəfərin saxlanıldığı, onların arasında Hadisə, Berrak …
Read More »Minatəmizləmə Agentliyi Hadrutda mobil baza yaradacaq
Minatəmizləmə Agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi çərçivəsində Xocavənd rayonunun Hadrut qəsəbəsində mobil baza yaratmağı. eləcə də mövcud bazaları genişləndirməyi planlaşdırır. Boyukmillet.com bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, işləri “Şəmkir Tikinti-18” ASC həyata keçirəcək. Bu məqsədlə 1,87 milyon manat xərclənəcək.
Read More »Ermənistanın Gəncəni üçüncü dəfə bombalamasından beş il ötür
Vətən Müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən üçüncü dəfə raket hücumuna məruz qalmasından beş il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci ilin oktyabrın 8-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri növbəti dəfə atəşə tutulub. Gecə saatlarında Gəncəyə endirilən raket zərbəsi nəticəsində ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. İkinci Qarabağ müharibəsi dövründə Ermənistan …
Read More »HƏMAS İsrail qoşunlarının Qəzzadan çıxarılmasını tələb edir
HƏMAS-a yaxın mənbələr Qahirədə aparılan danışıqlar zamanı hərəkatın İsrail qoşunlarının Qəzza zolağından mərhələli şəkildə çıxarılmasına israr etdiyini bildiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. Məlumata əsasən, HƏMAS təklif edib ki, proses qarşılıqlı şəkildə həyata keçirilsin — yəni, hər bir mərhələdə İsrail ordusunun geri çəkilməsi ilə paralel olaraq əsirlərin mərhələli azad olunması baş tutsun. Beləliklə, HƏMAS açıq şəkildə …
Read More »Kanadanın Baş naziri ABŞ Prezidenti ilə Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb
Kanadanın Baş naziri Mark Karni Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb. Boyukmillet.com xəbər verir ki, Karni Trampı transformativ (dəyişiklik yaradan) prezident adlandırıb. “Bir neçə ay əvvəl məni və bəzi həmkarlarımı mehribanlıqla qonaq etdiniz. Və o vaxtdan bu yana iqtisadiyyatda dəyişiklik, NATO tərəfdaşlarının müdafiə xərclərinə dair görünməmiş öhdəliklər götürməsi, Hindistan və Pakistan, Azərbaycan …
Read More »Tramp bir daha Putinin onu məyus etdiyini bildirib
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən məyus olduğunu bir daha təkrar edərək, Rusiya-Ukrayna müharibəsinin həllinin Yaxın Şərqdəki münaqişədən daha çətin olduğunu vurğulayıb. Boyukmillet.com-un məlumatına görə, o, bunu Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşü ərəfəsində jurnalistlərə açıqlamasında deyib. Trampın sözlərinə görə, o, əvvəlcə Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətinə görə münaqişənin həllinin ən asan olacağını gözləyirdi. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar