Bazar ertəsi , 6 Aprel 2026

Yearly Archives: 2025

Qəzzada aclıqdan ölənlərin sayı 460-a çatıb

Son 24 saat ərzində İsrail qüvvələrinin hərəkətləri nəticəsində ən azı 65 fələstinli həlak olub, daha 153 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, münaqişə nəticəsində həlak olan qəzzalıların ümumi sayı 67 139 nəfərə çatıb, 170 000-ə yaxın yaralı var. Səhiyyə Nazirliyi onu da vurğulayıb ki, son 24 saat ərzində daha bir …

Read More »

Yaxın Şərqdə sülh prosesinin birinci mərhələsi bu həftə başa çatacaq

Bir həftə ərzində ABŞ prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin həlli və Fələstinin HƏMAS radikal hərəkatının əlində olan girovların azad edilməsini davam etdirən planının birinci mərhələsi başa çatacaq. Boyukmillet.com-un məlumatına görə, amerikalı lider bunu Virciniya ştatında ABŞ Hərbi Dəniz Qüvvələrinin şərəfinə keçirilən paradda deyib. Tramp qeyd edib ki, o, danışıqlar aparan tərəflərdən tez hərəkətə keçməyi xahiş edib: “Vaxt tükənir. Əks halda …

Read More »

Avstraliyada kişi evinin pəncərəsindən insanlara 100-dən çox atəş açıb

Avstraliyanın cənub-şərq sahilində yerləşən Sidney şəhərində öz mənzilindən atəş açan yaşlı kişi saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sky News Australia” xəbər yayıb. Qeyd olunub ki, hadisə nəticəsində ən azı 16 nəfər yaralanıb, bir neçə avtomobilə, o cümlədən taksi və polis maşınına ziyan dəyib. İri çaplı tüfəngdən ətrafa 100-dən çox atəş açan kişi artıq həbs edilib. Onun evindən bir …

Read More »

Britaniyadan casuslarla bağlı Çinə jest

Britaniya hakimiyyət orqanları Çinlə yaxşı ticarət və diplomatik münasibətləri saxlamaq məqsədilə bu ölkə üçün casusluqda şübhəli bilinən şəxslərin təqibindən imtina ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ölkə Prokurorluğu iki britaniyalıya qarşı Çinin xeyrinə Rəsmi Sirrlər Qanununu pozduqları üçün ittihamları ləğv edib. Bu iş 2024-cü ilin aprelində açılıb. Kristofer Berri və …

Read More »

Paşinyan kabab çəkib videosunu paylaşdı, Ermənistanda narazılıq doğurdu – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan şənbə günü Göyçə gölü (Sevan) sahilində kabab bişirərkən çəkdiyi videonu sosial media hesabında paylaşıb. Boyukmillet.com xəbər verir ki, kadrda Paşinyan ailəsi ilə birlikdə göl mənzərəli villada istirahət edir və kabab hazırlayır. Baş nazirin bu paylaşımı ölkə ictimaiyyətində böyük narazılıq doğurub. Onun paylaşımına yüzlərlə erməni vətəndaş etiraz və tənqid dolu şərhlər yazıb. Sosial şəbəkə izləyicilərinin çoxu yazır …

Read More »

Gürcüstanda təxribat üçün nəzərdə tutulmuş silah və partlayıcı maddələr aşkarlanıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi yaxınlığında oktyabrın 4-də baş vermiş iğtişaşlarda istifadə üçün nəzərdə tutulmuş külli miqdarda silah-sursat anbarı aşkar ediblər. Boyukmillet.com xəbər verir ki, bunu brifinqdə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəhbərinin birinci müavini Laşa Maqradze deyib. Onun sözlərinə görə, xidmətin məlumat əsasında apardığı əməliyyat-axtarış tədbirləri zamanı külli miqdarda odlu silah, döyüş sursatı, detonatorlu partlayıcı maddə aşkar edilib. “Təhlükəsizlik …

Read More »

Makron yeni hökumətin formalaşdırılması üçün son tarix müəyyən edib

Fransa Prezidenti Emmanuel Makron yeni baş nazir Sebastyen Lekornuya oktyabrın 5-i axşama qədər kabinetin formalaşdırılmasını tapşırıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə BFMTV mənbəsinə istinadən məlumat yayıb. Telekanal dəqiqləşdirib ki, siyasətçi 25-26 nazir və dövlət katibindən ibarət sıx bir komanda formalaşdırmağı tapşırıb. Onun üzvləri ölkənin sol qüvvələri ilə dialoqa hazır olmalıdırlar. “Hökumət bazar günü axşam formalaşdırılmalı olsa da, onun tərkibi son …

Read More »

Yəməndən İsrail ərazisinə raket buraxılıb

İsrail Müdafiə Qüvvələri (İMQ) Yəməndən raket buraxılışı qeydə alıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə İMQ-nin mətbuat xidmətinin açıqlamasında bildirilib. “İsrail Müdafiə Qüvvələri Yəməndən İsrail ərazisinə doğru raket buraxılışını qeydə alıb”, – açıqlamada vurğulanıb. Qurum əlavə edib ki, İsrailin bir sıra rayonlarında protokola uyğun olaraq hava həyəcanı siqnalları aktivləşdirilib.

Read More »

Tiflisdə etirazçılar Rusiya bayrağını YANDIRDI – VİDEO

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən aksiyada etirazçılar Rusiya bayrağını yandırıblar. Boyukmillet.com xəbər verir ki, bununla bağlı görüntülər telegram kanallarında paylaşılıb. Qeyd edək ki, hazırda Tiflisin mərkəzi Rustaveli prospektində mitinq keçirilir. Mitinqi yerli seçkiləri boykot etmiş müxalifət partiyaları təşkil edib. Etirazçılardan bəziləri küçələrdə ictimai iaşə obyektlərinə zərər verərək iğtişaşlara başlayıb.

Read More »