Estoniya Rusiyaya məxsus 3 “MiQ-31” qırıcısının ölkənin hava məkanını pozduğunu bildirib. Bu barədə Boyukmillet.com Estoniya mediasına istinadən məlumat verib. Məlumata görə, təyyarələr icazəsiz olaraq Vayndloo adası yaxınlığında Estoniyanın hava məkanına daxil olub və orada təxminən 12 dəqiqə qalıb. Uçuş zamanı transponderlər söndürülüb, həmçinin Estoniyanın aviadispetçerləri ilə ikitərəfli radio əlaqəsi olmayıb. Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona …
Read More »Yearly Archives: 2025
Əməkhaqlarında vergi yükü artır: gələn il işçiləri, sahibkarları və dövlət büdcəsini nələr gözləyir?
Maliyyə Nazirliyinin 2026-cı il dövlət büdcəsi ilə bağlı açıqladığı ilkin rəqəmlərə görə, gəlirlər 38,4 milyard manat, xərclər isə 41,5 milyard manat proqnozlaşdırılır. Nəticədə 2026-cı ilin dövlət büdcəsinin kəsirinin 3,1 milyard manat olacağı gözlənilir ki, bu da ötən illə müqayisədə 2,4 faiz və ya 74 milyon manat çoxdur. 2026-cı ilin büdcə zərfindən məlum olur ki, daxilolmaların 16 milyard 821 milyon manatı …
Read More »Erkən nikahla bağlı qanunvericilik sərtləşdirilə bilər
Milli Məclisdə erkən nikahla bağlı qanunvericiliyin sərtləşdirilməsi təklif olunub. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü İlham Məmmədov komitənin bugünkü iclasında belə təkliflə çıxış edib. O qeyd edib ki, erkən yaşda qızların ərə verilməsi son aylar bir neçə dəfə təkrarlanıb: “Qanunda bununla bağlı nəzərdə tutulan məsuliyyət var. Bəlkə buna yenidən baxaraq ya sərtləşdirək, ya da …
Read More »Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Böyük Britaniya Rusiyanın “Aeza Group” və “HeliCo Group” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Boyukmillet.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniya Maliyyə Nazirliyinin məlumatında deyilir. Bundan başqa, sanksiyalar siyahısına iki fiziki şəxs və iki gəmi daxil edilib.
Read More »İki il əvvəl Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün əməliyyatlara başlayıb
Düz iki il bundan əvvəl bu dəqiqələrdə Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün lokal antiterror əməliyyatına başlayıb. Boyukmillet.com xatırladır ki, Müdafiə Nazirliyi sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulduğunu, nəticədə Azərbaycan Ordusunun 2 hərbi …
Read More »Bakıda və bölgələrdə leysan yağacaq – PROQNOZ
Bakıda və bölgələrdə sentyabrın 20-də yağışlı hava şəraiti gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 19-dan 20-nə keçən gecə və səhər yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-18, …
Read More »Valideynlərini itirmiş uşaqlar təhsillərini bitirən zaman birdəfəlik müavinət alacaqlar
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər 2600 (iki min altı yüz) manat məbləğində birdəfəlik müavinət alacaqlar. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb. Belə ki, Qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, …
Read More »Beş balıq təsərrüfatı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 5 balıq müəssisəsi və təsərrüfatı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə tabeliyində olan “Balıqçılıq və Akvakultura Mərkəzi”nə verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” MMC ştat vahidləri və onlara …
Read More »Zelenski Rusiyanı Trampın sülh çağırışlarına reaksiya verməməkdə ittiham edib
Rusiya ABŞ Prezidenti Donald Trampın sülh çağırışlarına reaksiya vermir. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb. “Biz Prezident Trampın qətllərə son qoyulması ilə bağlı mövqeyini eşidirik və diplomatiyanı blokdan çıxarmaq üçün bütün təkliflərə razılıq vermişik. Lakin görünür, Rusiyada bu mövqeni eşitmirlər”, – o bildirib və Rusiyanın PUA hücumlarının davam etməsinin buna sübut olduğunu qeyd edib. …
Read More »Azərbaycanda gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
Nazirlər Kabineti 28 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar