Bazar ertəsi , 13 May 2024
Drone Cameras

2868 şəhidin vərəsələrinə birdəfəlik ödəmə verilib

“2868 şəhidin 7600-dən artıq vərəsəsinə vərəsəlik şəhadətnaməsi təqdim olunub və həmin şəxslərə birdəfəlik ödəmənin verilməsi təmin olunub”.

Boyukmillet.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov deyib.

O, bildirib ki, vərəsələrin işini rahatlaşdırmaqdan ötrü notariuslar tərəfindən onların olduğu yer üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi təmin olunub.

“Bu xidmət üçün heç bir rüsum alınmayıb və bütün proses notariusların öz vəsaiti hesabına həyata keçirilib”, – Zaur Həsənov bildirib.

Check Also

Qərbi Azərbaycan İcmasında Böyük Qarakilsə rayonu icmasının iclası keçirilib

Qərbi Azərbaycan İcmasında (QAİ) Böyük Qarakilsə rayonu icmasının iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda …