Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

44 günlük müharibədə həlak olan erməni hərbçilərin valideynləri hökuməti istefaya çağırırlar

44 günlük müharibədə həlak olan erməni hərbçilərin valideynləri tərəfindən yaradılan “Oğulların çağırışı” təşkilatı Ermənistan hökumətinin istefası üçün kampaniyaya başladığını elan edib.

Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Valideynlər bildirib ki, 2020-ci ildə 44 günlük müharibədən sonra başlayan proseslər onlara oğullarının itkisinə səssizcə ağlamağa imkan vermir.

Məlumata görə, təşkilatın üç əsas məqsədi hökumətin istefası, milli hökumətin formalaşdırılması və yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …