Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İlham Əliyev: “Bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, müzəffər Ordumuz cavab verəcək”

“Bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, müzəffər Ordumuz cavab verəcək”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində söyləyib.

“İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu, Ermənistana nə qədər yardımlar göndərildi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar. Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək”, – deyən dövlət başçısı vurğulayıb ki, bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …