Bazar , 29 Mart 2026
Drone Cameras

Gələn həftə partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır

Gələn həftə siyasi partiyaların Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) 2022-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır.

Boyukmillet.com xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.

Bu il aprelin 1-i şənbə gününə təsadüf etdiyi üçün partiyalar illik maliyyə hesabatlarını martın 31-dək MSK-ya təqdim etməlidirlər.

MSK-nın rəsmi saytına əsasən, indiyədək heç bir siyasi partiya illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə quruma təqdim etməyib.

Check Also

İlham Əliyev Fərman İMZALADI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində …