Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Heydər Əliyev – 100 il” adlı tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev – 100 il” adlı tədbir keçirilib.

Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Bakı və Bakı ətrafı bələdiyyə sədrləri iştirak edib.

Qeyd edilib ki, yerli özünüidarəetmə orqanlarının xüsusən də bələdiyyələrin statusunun əsasları ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya ilə müəyyənləşib. Azərbaycanda bələdiyyələrin yaranması Heydər Əliyevin adı ilə bağlıdır:

“Təməli ulu öndərimiz tərəfindən qoyulan ölkə bələdiyyələri illər ötdükcə möhkəmlənir. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər görülür”.

Bildirilib ki, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşşəbbüsü ilə bir çox bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində beynəlxalq təcrübədən yararlanaraq yerli özünüidarəetmənin inkişafı və möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atırlar:

“Bələdiyyələrin beynəlxalq standartlara cavab verən hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində dövlət və hökumət orqanları ilə əməkdaşlığı davam etdirilib, yeni qanunların qəbul olunmasında Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təklifləri nəzərə alınır. Məhz bu baxımdan da bələdiyyələrin əsas gəlir mənbəyi hesab olunan yerli vergi və ödənişlərin yığılmasında müəyyən irəliləyiş var. Lakin, bələdiyyələr qarşısında duran vəzifələr və görüləsi işlər hələ çoxdur”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …