Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

“90-cı illərdə AXC-Müsavat cütlüyü ölkənin müdafiəsini təşkil etmək əvəzinə hakimiyyət uğrunda mübarizəyə başladılar” – RƏY

“90-cı illərdə AXC-Müsavat cütlüyü ölkənin müdafiəsini təşkil etmək əvəzinə hakimiyyət uğrunda mübarizəyə başladılar”.

Deputat bildirib ki, ulu öndər Heydər Əliyevin 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılması erməni millətçilərinin Azərbaycan torpaqlarına iddiası qarşısında böyük imkanlar açdı:

“Azərbaycanda hakimiyyətə bir-birinin ardınca xalqın istəklərindən kənar düşən, Azərbaycan xalqının maraqlarını təmin etməkdənsə, Moskvanın maraqlarını yerinə yetirməyə çalışan siyasətçilərin gəlməsi Qarabağda vəziyyəti daha da ağırlaşdırdı. Müstəqillik ərəfəsində Azərbaycan artıq bir çox faciələrdən keçmişdi”.

“Müstəqilliyi qazandıqdan sonra həm iqtidar, həm müxalifətdə olan AXC-Müsavat cütlüyü Azərbaycan Silahlı Qüvvələrini yaratmaq, ölkənin müdafiəsini təşkil etmək, xalqın birliyini təmin etmək əvəzinə hakimiyyət uğrunda mübarizəyə başladılar. Yaranan hərbi dəstələr də ancaq hakimiyyət uğrunda mübarizədə bir vasitə kimi istifadə edilirdi. Müdafiəsiz qalan rayonlarımız bir-birinin ardınca ermənilər tərəfindən işğal edilirdi. Torpaqlarımızın uzun illər işğal altında saxlanılmasında da 91-93-cü illərdə hakimiyyətdə olan siyasi qüvvələrin də böyük məsuliyyəti var” – o vurğulayıb.

A.Mirzəzadə xatırladıb ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın ağır uçuruma düşməsinin qarşısı alındı:

“Onun atəşkəs əldə edildikdən sonra apardığı siyasət ərazilərimizin işğaldan azad edilməsi üçün zəmin hazırlayırdı. Bu hazırlıq işlərini sonradan Prezident İlham Əliyev də uğurla davam etdirirdi. Hərbi büdcəmizin Ermənistanın dövlət büdcəsinə bərabər edilməsi, ordumuzun yeni silahlarla təmin edilməsi, NATO standartları əsasında qurulması, vaxtaşırı keçirilən hərbi təlimlər, cəmiyyətdə yaradılan yüksək vətənpərvərlik əhval-ruhiyyəsi 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsinə geniş imkanlar yaratdı. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün kimi qısa müddətdə torpaqlarını işğaldan azad etməklə adını hərb tarixinə qızıl hərflərlə yazdırdı”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …