Cümə , 22 Noyabr 2024
Drone Cameras

Zaxarova: “Moskva ilə İrəvan Ermənistanın Roma Statutunun öhdəliyini ratifikasiyasını müzakirə edir”

“Yüksək səviyyəli təmaslar zamanı Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun öhdəliyini ratifikasiya etmək qərarı müzakirə mövzusudur”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “News.Ru”nun jurnalistinin sualını cavablandırarkən deyib.

“Bu mövzu həm Moskvada, həm də İrəvanda yüksək səviyyəli təmaslar zamanı müzakirə mövzusudur. Bu təmasların təfərrüatlarını açıqlamağı lazım görmürəm”, – o vurğulayıb.

M.Zaxarova bu məsələnin qarşılıqlı anlaşma əsasında həllini tapacağına güman etdiyini deyib.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …