Bazar , 8 Fevral 2026
Drone Cameras

Ukrayna müdafiə naziri əks-hücum əməliyyatlarının anonsunu verib, Qərbdən silah istəyib

“Ukrayna əks-hücum əməliyyatlarına hazırlaşır”.

Boyukmillet com  “Ukrinform”a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Oliksiy Reznikov Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsinin nümayəndə heyəti ilə görüşdə deyib.

O bildirib ki, Ukraynaya ağır texnika lazımdır: “Qərb silahlarının tədarükü sayəsində Ukrayna Silahlı Qüvvələri döyüş meydanında uğurla çıxış edir. Bununla belə, biz əks-hücum əməliyyatına hazırlaşırıq. Ona görə də Ukraynaya ilk növbədə ağır texnika lazımdır”.

Nazir, həmçinin Ukraynanın NATO və Avropa İttifaqına üzv olacağına inamını ifadə edib: “Bu, beynəlxalq təhlükəsizlik üçün lazımdır. Bu gün NATO üçün əsas təhlükə Rusiyadır”.

Görüş zamanı Aİ nümayəndə heyəti Ukraynaya dəstəyini ifadə edib.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …