ABŞ-ın Müdafiə Nazirliyi yeni paket çərçivəsində Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqonun press-relizində deyilir.
“Bu gün (dünən – red.) Müdafiə Nazirliyi Ukrayna üçün yeni kritik təhlükəsizlik yardımı elan edib”, – məlumatda deyilir.
Nazirlikdən verilən məlumata görə, yardım paketinə “Patriot” və NASAMS zenit-raket kompleksləri üçün döyüş sursatları, HIMARS reaktiv yaylım atəşi sistemləri və tankları, həmçinin artilleriya mərmiləri və dron əleyhinə silahlar daxildir.
Xatırladaq ki, ABŞ-ın Ukraynaya növbəti hərbi yardım paketini ayırlması barədə məlumatı daha əvvəl “Reuters” agentliyi adı açıqlanmayan rəsmilərə istinadən yayıb.