Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Check Also

Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb. “Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində …