Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şəkidə vətəndaşları qəbul edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Şəki şəhərində Şəki, Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edib.

Boyukmillet.com xəbər verir ki, qəbulda 30-dan artıq şəxs iştirak edib.

Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı, vaxtilə verilmiş pay torpaqlarının sənədləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqların aradan qaldırılması, sosial və s. məsələlər barədə müraciət ediblər. Bir sıra məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb. Bəzi hallar üzrə qurumun mütəxəssisləri müraciət edən vətəndaşın da iştirakı ilə yerində araşdırma aparıb, onlara əsaslandırılmış izahat verib.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …