Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Dünya Bankı: “Ukrayna üçün əlavə 11 milyard dollara ehtiyac var”

“2023-cü ildə Ukraynanın əsas iqtisadi xərcləri maliyyələşdirmək üçün əlavə 11 milyard ABŞ dollarına ehtiyac var”.

Boyukmillet.com xəbər verir ki, bunu Dünya Bankının (DB) prezidenti Devid Malpas deyib.

“Bizim qiymətləndirməmizə görə, 2023-cü ildə ölkənin kritik əhəmiyyətli iqtisadi və əsas xərclərini ödəmək üçün lazım olan əlavə 11 milyard dollarlıq maliyyə çatışmazlığı ilə qarşılaşacağıq”, – o, bildirib.

Onun sözlərinə görə, təşkilat təcili maliyyələşdirmə çərçivəsində Ukrayna üçün 23 milyard ABŞ dollarından çox vəsait toplaya bilib.

Dünya Bankının rəhbəri əlavə edib ki, bu məbləğin 20 milyard ABŞ dolları artıq müvafiq sahələrə yönəldilib. Eyni zamanda, o qeyd edib ki, DB-də ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edən etibarlı nəzarət mexanizmləri yaradılıb.

Check Also

KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır

COVID-in yeni versiyası dünyada sürətlə yayılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat …