Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Şərur rayonunda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq aprelin 17-də Şərur rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

Boyukmillet.com xəbər verir ki, konfransda Şərur, Kəngərli və Sədərək rayon prokurorluqlarının əməkdaşları, hüquq mühafizə və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad edib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Şərur rayon prokuroru Xalid Ağayev Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinə dair “Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı” mövzusunda çıxış edib.

Konfransda Kəngərli rayon prokuroru Talıb Məmmədov “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”, Sədərək rayon prokuroru Vahid Mustafayev “Azərbaycan gəncliyində Ulu öndər Heydər Əliyevin rolu” və Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının sədri Əmir Babayev “Ulu öndər Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzularında çıxış edib.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış “Heydər Əliyev salnaməsi – Qanun naminə” adlı filmə baxıb.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …