Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Gəncədə Mir Cəlal Paşayevin ev muzeyində elmi konfrans keçirilib

Görkəmli alim, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin 115 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Boyukmillet.com xəbər verir ki, konfrans mərhum alimin ev muzeyində baş tutub.

Konfransda ADA Universitetinin rektoru Hafiz Paşayev, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və digərləri iştirak ediblər.

Tədbirdə alimin həyat yolundan bəhs olunub.

Sonda Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş qısa hekayə müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib.

Qonaqlar Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli məktəbdə də olublar.

Check Also

Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də …