Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiyanın Su-34 bombardmançısı təyyarəsi ölkənin öz şəhərinə bomba atıb

Aprelin 20-də axşam saatlarında Rusiyanın Belqorod səmasında ölkənin Su-34 bombardmançı təyyarəsi bomba atıb.

Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

Faktla bağlı araşdırmanın aparıldığı bildirilir.

“2023-cü il aprelin 20-də Moskva vaxtı ilə saat 22:15-də (Bakı vaxtı ilə 23:15 – red.) Aerokosmik Qüvvələrin Su-34 təyyarəsinin Belqorod şəhəri üzərində uçuşu zamanı aviasiya sursatının atışı baş verib”, – xəbərdə bildirilir.

“Nəticədə yaşayış binalarına ziyan dəyib, xəsarət alan yoxdur. Hazırda araşdırma aparılır”, – nazirlikdən bildirilib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …