Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 10 nəfər yaralanıb

Türkiyədə Anadolu avtomagistralının Kocaeli şəhərindən keçən hissəsində xidməti mikroavtobus qəzaya uğrayıb.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər yaralanıb.

Bildirilib ki, paytaxt Ankara istiqamətində hərəkət edən nəqliyyat vasitəsinin qəzaya uğramasına səbəb onun yoldan çıxaraq aşması olub.

Olay yerinə polis, fövqəladə hallar xidməti, habelə təcili tibbi yardım briqadaları cəlb olunub. Qeyd olunub ki, xilasedicilər mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəzada yaralananlar Kocaeli və Sakaryanın xəstəxanalarına yerləşdiriliblər.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …