Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Məcnun Məmmədov: “Kənd təsərrüfatında rəqəmsal texnologiyalardan istifadə ediləcək”

“Məqsədimiz kənd təsərrüfatının iqtisadiyyata qatqısını artırmaqdır və bunun üçün rəqəmsal texnologiyalardan istifadə ediləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

“Fermerlərin və ümumilikdə regionların inkişafına nail olmaq üçün komandamızla əlimizdən gəldiyi qədəri ilə bu yolda çalışacağıq”, – deyə o qeyd edib.

“Bir neçə gün bundan əvvəl elmi tədqiqat institutlarında oldum. Əsas tapşırığım o oldu ki, su qıtlığına davamlı bitkilərin yetişdirilməsi istiqamətində araşdırmalar genişləndirilsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə su qıtlığı ilə bağlı komitə yaradılıb. O çərçivədə fəaliyyətimizi davam etdirəcəyik”- deyə nazir əlavə edib.

Check Also

Aqrar Kredit və İnkişaf Agentliyi şimal bölgəsindəki aqrar layihələri mediaya təqdim edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) Quba, Qusar və Xaçmaz rayonlarındakı …