Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Haber Global” və İctimai Televiziya Azərbaycan-Türkiyə münasibətləri mövzusunda ortaq yayım təşkil edib

“Haber Global” və İctimai Televiziya Azərbaycan-Türkiyə münasibətləri mövzusunda ortaq yayım təşkil edib.

Boyukmillet.com xəbər verir ki, ortaq yayım Bakı vaxtı ilə 21:30-da başlayıb və eyni vaxtda canlı yayımlanıb.

Yayıma hər iki tərəfdən qatılan siyasi ekspertlər iki ölkə arasında mövcud olan münasibətlərin geniş spektri barədə söz açıblar.

Qeyd edilib ki, Heydər Əliyevin “bir millət iki dövlət” kəlamı ilə sağlam təməllər üzərində qurulan Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri bu gün Prezident İlham Əliyev və qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirilir.

Bununla yanaşı, dünyada, eləcə də regionda baş verən hadisələr fonunda Azərbaycan və Türkiyənin tutduğu mövqe vurğulanıb.

Check Also

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə …