Şənbə , 23 Noyabr 2024
Drone Cameras

`Azərlotoreya` nədən DÖVLƏTİN ADINDAN İSTİFADƏ EDİR? – HƏQİQƏTƏN DƏ…

 Azərbaycanda rəsmi QUMAR BİZNESİ ŞƏBƏKƏSİ hesab olunan “Azərlotoreya”nın kasıbların son qəpik-quruşuna göz dikməsi bir faktdır. Hər halda, hansısa imkanlı şəxsin və yaxud da vəzifə başında olan məmurun hər gün axşam işdən evə gedərkən “Azərlotoreya”nın hansısa qumarını oynadığını nə görən olub, nə də eşidən… Günlük gəliri 10-20 manat arası olan binəva fəhlə zümrəsidir ki, bu cür yollarla qazanacağına, birdən-birə varlanacağına ümid edir ki, bu da “Azərlotoreya” kimi qumar şəbəkələrinin işinə yarayır.

Boyukmillet.com DİA.AZ-a istinadən xəbər verirki, bu kimi hallarda dövlətin gərəkən qurumlarının müdaxiləsi vacibdir, şərtdir. Çünki dövlət və oinun hüquq-mühafizə orqanlarının başlıca vəzifəsi ölkə vətəndaşlarının məhz bu kimi dələduzluq torundan müdafiə olunmasıdır.

Məlumdur ki, Azərbaycanda rəsmi QUMAR BİZNESİNƏ nəzarəti öz əlinə götürən və bununla da “Azərlotereya” ASC-nin idarəetməsinə nəzarət edən Türkiyənin “Demirören Holding” şirkətidir.

Bu şirkətin qardaş Türkiyədəki əməlləri ilə bağlı KİV-də yetərincə informasiyalar paylaşılıb. Elə Azərbaycandakı əməllərindən də son günlər yetərincə yazılmaqdadır…

Amma görünəni odur ki, rəsmi qurumlar, qəni bu işi araşdırmalı olan dövlət qurumlarımız “Demirören Holding” qarşısında rəsmən əl-qolu bağlı vəziyyətdədir. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə olduqca ilginc faktları açıqlayıb. Aydın olur ki, məhz “yuxarıda” bəlli bir qrup bu gün “Demirören Holding”in Azərbaycanda rəsmi qumar biznesini yönəltməsini aşkar şəkildə himayə etməkdədir.

DİA.AZ qeyd edir ki, bu gün “Azərlotoreya” adından çıxış edənlərin maraqlı bir davranışı da diqqətə gəlməkdədir… ONLAR NƏ EDİRLƏRSƏ, DÖVLƏT ADINA ETDİKLƏRİNİ DÜŞÜNÜRLƏR…

Bəli, məhz DÖVLƏT ADINA… Elə bu günlərdə redaksiyamıza müraciət edən və özünü sözügedən qurumun yetkilisi kimi təqdim edənlər də məhz DÖVLƏTİN adından gen-bol istifaə etdilər və yaxud da buna çalışdılar ki, əslində BUNUN ÖZÜN BELƏ YOLVERİLMƏZDİR!

Hətta bu gün dövlətin birbaşa xidmətçiləri olan açıq dövlət qurumlarının nümayəndələri belə “Azərlotoreya” kimi DÖVLƏTİMİZİN adını istismar edə bilmirlər. Təbii ki, bütün bunlar da təsadüfi deyil. Qeyd edək ki, bu barədə yerli KİV-də dolğun bilgilər səslənib… Və DİA.AZ-a da əlavə informasiyalar da daxil olub. Hər halda, həmin faktlar müəyyən araşdırmalarımızdan sonra oxuculara təqdim edəcəyik. Hələliksə, yenə də həmin dövlətimizə sahiblənən QUMAR şəbəkəsinı xitab edirik: BURALAR SİZİN BOSTANINIZ DEYİL Kİ, İSTƏDİYİNİZİ ƏKƏSİNİZ…

Bu barədə geniş araşdırma yazımızı yaxın günlərdə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …