Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonundakı İsa bulağı küçəsinin Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinə qədər olan 240 metrlik hissəsini təmir edir.
Boyukmillet.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 690 p/metr səki və bordür daşları yenilənib, 890 kvadratmetr piyada səkiləri bərpa olunub.
Daha sonra əks-dolğu işləri icra olacaq, küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənəcək, küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də aparılacaq.
Sonda üfüqi nişanlanma xətləri çəkiləcək, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılacaq.